Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİ

Şeyxə ərə gedən azərbaycanlı qız hamını KÖVRƏLTDİAzərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi artıq neçə gündür ki, sosial şəbəkələrdə müzakirə obyekti olub.

Qadinsayti.az xəbər verir ki, Azərbaycanlı gimnast ünvanına səslənən tənqidlərdən bezərək baş verənlərə aydınlıq gətirib.

Gimnastın bu barədə yazdığı fikirlərini olduğu kimi təqdim edirik.

"Adətən qız gəlin köçəndə hamımız ona xoşbəxtlik diləyirik. Amma məndə bu, baş vermədi. Mən sizin heç birinizdən heç nə xahiş etmədim və 24 yaşında ərə gedəndə kifayət qədər müstəqil və öz ayaqları üstündə möhkəm dayanan qız idim. Uşaqlıqda həmyaşıdlarım küçədə oyunlar oynayanda, doyunca şirniyyat yeyəndə mən bunların heç birini edə bilmir, dincəlmir, heç kimlə münasibətlər qurmurdum. Həmçinin klublarda əylənmirdim, halbuki həmyaşıdlarım o məkanlardan ayrılmırdı. Mən aylarla valideynlərimin üzünü görmürdüm, həyatım yarısını təyyarələrdə və məntəqələrdə keçirirdim. Çünki mən idmançı idim, peşəkar idmançı. Mən ciddi rejimdə idim və ən mühafizəkar baxışları olan ailədə böyümüşəm.

Mən bədii gimnastikada ölkəni təmsil edən, medal gətirən və dəfələrlə öz ölkəsinin bayrağını qaldıran ilk milli kadr idim! Şükürlər olsun ki, ailəm acından heç vaxt ölməyib. Valideynlərim mənə insanlara statusundan asılı olmayaraq hörmət etməyi, çalışmağı və yalnız öz əməyinlə məqsədlərə çatmağı öyrədib. Mən həmişə sonadək vuruşur və bütün işlərimin daha yaxşı olmasına çalışırdım. Məktəbdən başlayaraq və işimə qədər.

Mən Qəbələdə işləməyə can atmırdım, sadəcə ölkəmizin ən yaxşı idmançılarından biri ilə idman klubunda işləməyə dəvət aldım. Biz Qəbələdə dünya miqyaslı yarışların ən yüksək səviyyədə keçirilməsi üçün qüvvələrimiz yorulmaq bilmədən işləyirdik. Və buna nail olmuşuq, Avropa oyunlarında tam yerli kadrların təşkil etdiyi yeganə idman növü atıcılıq olub. Daha 150 ölkədən 3000 iştirakçı 2 il yarım ərzində bizim layihələrdə iştirak edib.

Mən uzun müddət öz gimnastika məktəbimi açmaq üçün çırpınırdım. Lakin problem maddi baxımdan deyildi, axırda mən öz arzumu həyata keçirdim və mənim gözəl balaca tələbə uşaqlarım var idi.

Və bu gün internet istifadəçilərin yarısı, yaşlı kişilər və qadınlar mənim şəxsi həyatımı, işimi və mənim hərəkətləri müzakirə edirlər. Barəmdə məqalə yazan, yoxsa ki, bu ucuz piarı dəstəkləyən insanlardan hansının daha pis olduğunu deyə bilmərəm.
Düşünürəm ki, 25 yaşımda bu ölkə üçün sözügedən xəbərə şərh yazanlardan, mənim həyatımı müzakirə edib gülənlərdən daha çox iş görmüşəm.

Hamınıza ən xoş arzularımı bildirirəm. Demək istəyirəm, mən şahzadələr axtarmırdım. Mən ümumiyyətlə, heç vaxt heç kimi axtarmırdım. Qismətdən kənara çıxmaq olmaz".

Qaynarinfo.Az

Xəbərlər     Baxılıb: 2476   Tarix: 09 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ

"Allergiya vaxtında müalicə olunmadıqda astmanın yaranmasına gətirib çıxara bilər". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyev

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu saatlarda çölə ÇIXMAYIN

"Tozcuqların havadakı konsentrasiyası günün müxtəlif saatlarında dəyişir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onu

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri adlarin menasi gənc qızlar üçün saç düzümləri dogusdan sonra matkanin yigilmasi ehtiraslandiran sozler sizanaqlara qarsi vasite kosmetika hakistalar burcler vətənə aid atalar sözləri qadin saglamlig salam