Sezen Aksu azərbaycanlı qadını həbs etdirmək istəyir
Türkiyəli müğənni Sezen Aksu Beykozdakı malikanəsinə icazəsiz girməyə çalışan azərbaycanlı xanımı polisə şikayət edib.
azxeber.com Axsam.az-a istinadən xəbər verir kk, gecə 02:00 radələrində 47 yaşlı azərbaycanlı olduğu bildirilən L.M. adlı şəxs ifaçının evinin qapısını döyüb. O, mühafizəçilərə Sezen Aksunu görmək istədiyini deyib. Ona gec olduğu üçün bunun mümkün olmadığı bildirilsə də, qadın onları itələyərək bağa daxil olub.
Qadın "Sizi öldürərəm. Gedin buradan. Sezen xanımı öldürmək istəyirsiniz?" deyə, qışqırmağa başlayıb. Bundan sonra o, bayıra çıxardılıb və polis qadını saxlayıb.
Məlum olub ki, bu, L.M.-nın Aksunun evinə ilk girmə cəhdi deyil. O, 4 dəfə buna cəhd etsə də, məqsədinə nail ola bilməyib.
S.Aksu onunla bağlı polisə şikayətində 2022-ci ildə həmin şəxsin oxşar hərəkəti səbəbindən evinə ziyan dəydiyi, lakin pərəstişkarı olduğu üçün bunu göz ardı etdiyi bildirilib. Aksu artıq bu ziyarətlərin narahat edici olduğunu söyləyib.
L.M. isə həmin vaxt Novruz bayramı münasibəti ilə Aksunu görməyə getdiyini, lakin eyni mühafizəçi tərəfindən kobud rəftarla qarşılaşdığını vurğulayıb.
Beykoz Prokurorluğu məsələ ilə bağlı istintaqı yekunlaşdırıb. Onun barəsində hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək azadlıqdan məhrum etmə tələbi ilə iddia qaldırılıb.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin