Sidikdə zülal artması qorxuludurmu? - Səbəbləri, əlamətləri

Sidikdə zülal artması qorxuludurmu? - Səbəbləri, əlamətləriZülal orqanizmin tikinti materialı, sementidir. Onlar sümük, əzələ, dırnaq və saçları formalaşdırır.
Qan plazmasında da zülalın öz vacib funksiyası var. Qanda infeksiyaları neytrallaşdırır, laxtalanmaya qarşıdır, qanda maye miqdarını saxlayır, bütün bədənə qan daşınmasında, dövriyyəsində iştirak edir.
Əgər bir şəxsdə böyrəklər hər hansı səbəbdən düz işləmirsə, zədələnibsə, sidikdə zülal miqdarı çoxalır.
Milli.Az medicina.az-a istinadən sidikdə zülalın artmasının səbəblərini təqdim edir.
Şəkərli diabet, ciddi damar patologiyaları, ürək xəstəlikləri, böyrək problemləri - pielonefritdə sidikdə zülal çoxalır.
Standart sidik analizində miqdar 0, 033 q/l aşarsa, əlavə dəqiq müayinələr aparılır.
Terapevt sidik analizində zülal çoxluğu görərsə, xəstəni uroloq, kardioloq, nefroloqa göndərir.
Böyrəkdə nə baş verir?
Qan sağlam böyrəklədən keçib süzüləndə, artıq maddələr filtrasiya olunur. Bu zaman qlükoza və plazma zülalı saxlanılır. Zülallar ölçüsünə görə iridir, ona görə böyrəklərdən sidiyə keçə bilmir.
Sidikdə çıxan əsas zülal növü albumin olur, çünki o, ən aşağı molekulyar çəkiyə malikdir və süzgəcdən keçə bilir.
Amma qanda olan əsas iri plazma zülalları o halda sidiyə düşür ki, böyrəklərin filtr yumağı zədələnib. Bu yumaqların iltihabı qlomerulonefrit və sadəcə nefrit xəstəliyi adlanır.
Nefrit xəstəliyini nə yaradır?
Diabet, yüksək təztiq, ürək xəstəlikləri, böyrəklərin iltihabı və s.
Sidikdə zülalın nə qədər çox olması gələcəkdə böyrək çatışmazlığı riskinin dərəcəsini də göstərir.
Proteinuriya ürəklə də bağlıdır. Ürək damarlarının zədələnməsi, tıxanması ürək çatışmazlığı, insult, infarkta səbəb olur. Ona görə sidikdə zülala ciddi yanaşın, bu gələcək təhlükələrdən xəbər verir.
həkimlər ildə 3 dəfə sidikdə zülalın miqdarını xəstənin özü tərəfindən həkim göstərişi olmadan da verilməsini məqsədəuyğun bilir.
Eləcə də təzyiqi, diabeti, ürək və böyrək xəstəliyi olanlarda daha tez -tez bu analiz yoxlanılıb, ciddi ağırlaşmaların qarşısı vaxtında alınmalıdır.
Böyrək çatışmazlığına gedən yolun ən yaxşı təyini elə sidikdə zülaldan başlayır.
Məlumdur ki, diabet böyrək çatışmazlığına səbəb olan xəstəliklərdən biridir. Bu xəstələrdə sidikdə albumin artır. Buna fikir vermədikdə, böyrəklərin funksiyası pisləşir və albuminuriya asanlıq tam proteinuriyaya çevrilir.
Əgər yüksək təzyiqi olan xəstədə sidikdə zülal çox çıxırsa, deməli onun böyrəkləri sıradan çıxır.
Eləcə də çəkisi 90 kqdan yuxarı olanlar, irsi olaraq ürək, böyrək xəstəliyi olanlar bu analizi ildə 2-3 dəfə verməlidir.
Sidikdə zülal çoxalmasının əlamətləri:
-Sidik ifrazı zamanı zülal sidiyin üzərində köpük və qabarcıqlar kimi görünür.
-Zülallar qan vasitəsilə itkiyə getdiyindən bu xəstələrdə damarlarda maye toplanır, əl, ayaq, qarın, üz şişir.
-Bəzən isə bu xəstəlik simptomsuz gizli gedir
Eləcə də qanda kreaitin və azot da yoxlanılır. Uroloq xəstəni nəzarətə götürür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2278   Tarix: 03 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

reseptler donlar 2026 kosmetik vasiteler xren yarpagi konservləşdirilmiş məhsullar qlazok yumurta küftələr kosmetika pizza qardasa aid haxistalar qiz adlari haqisda baldıza aid hakışta