Silikon qoyduran qadın uşaq əmizdirə bilər? – MÜTƏXƏSSİS RƏYİ

Silikon qoyduran qadın uşaq əmizdirə bilər? – MÜTƏXƏSSİS RƏYİBu gün dünya miqyasında ən çox həyata keçirilən estetik əməliyyatlardan biri də sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyatlar nə qədər çox keçirilsə də, döşlərə qoyulan silikonların zərərli olub–olmaması hələ də mübahisə mövzularından biridir. Türkiyədə məşhur xanımlarla yanaşı, adi qadınlar arasında da tez-tez həyata keçirilən bu cərrahiyyə haqqında estetik, plastik və rekonstruktiv cərrah Bülent Cihantimur danışıb. Xanim.az mütəxəssisin fikirlərini təqdim edir.

Sinə qadının estetik duruşuna çox əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də təsadüfi deyil ki, çox sayda qadın döşlərini bir və ya iki ölçü böyütmək üçün bu əməliyyata müraciət edir: "Döş böyütmə üçün ən çox istifadə edilən üsul həmin bölgəyə silikon protez yerləşdirilməsidir. Əməliyyat sonrası fiziki dəyişikliyə əlavə olaraq, psixoloji olaraq da qadınlar özlərini çox daha yaxşı hiss etdiklərini, özgüvənlərinin artdığını bildirirlər. Xəstələrimizin ən çox soruşduğu sual isə yerləşdirilən bu silikon protezlərin hər hansı bir zərərinin olub–olmaması haqqındadır".

Həkim deyir ki, döş böyütmə əməliyyatının sadə forması 1800-cü illərdə tətbiq edilməyə başlanıb. Ötən bu illər ərzində inkişaf etdirilən materiallar fəsad riskini yox edib. Bədənə uyğun maddələrin tapılması bu gün çox yaxşı nəticələrin alınmasını təmin edib. Silikon protezlər isə 1960-cı ildən bu yana döş böyütmə əməliyyatında istifadə olunur: "Təbiətdə qum və ya kristalların tərkibində olan maddədən hazırlanır, laboratoriya mühitində əməliyyatdan keçərək, bu gün istifadə etdiyimiz formaya salınır. Bədənə hər hansı bir zərəri yoxdur. Bu illər ərzində zərərli bir maddəyə çevrilmədən qala bilməsi bunu sübut edib. Silikonun tərkibi təbii maddələrlə zəngindir. Bu təbii maddələr bu gün bir çox dərman bazasında istifadə edilir".

Silikonun ölçüsünə həkiminizlə birlikdə qərar verin

B. Cihantimur sinə böyütmə üçün istifadə edilən silikon protezin ölçüsünə diqqət etməyin vacib olduğunu vurğulayıb: "Bədənimiz bir bütündür və sinə ölçüsü də sizin estetik görünüşünüzü təmin edərək bu bütünə uyğunlaşmalıdır. Yəni lazım olduğundan çox böyük ölçüdə döş sbədəninizdə harmoniyanı pozacaq. Buna görə də silikon protezin ölçüsü ilə bağlı həkiminizin fikirlərinə mütləq diqqət edin. Həkim sizə bədəninizə ən çox uyğun gələn ölçünü deyəcək".

Sinəsində plastik əməliyyat keçirmək istəyən hər qadını maraqlandıran bir sual da var: "Döş protezi qoyularsa, əmizdirmə zamanı problem yaşana bilərmi?"

Həkim sinə əməliyyatlarının əmizdirməyə əngəl olmadığını iddia edir. Bunun səbəbi isə əməliyyat zamanı döşün içində olan süd kanallarına toxunulmamasıdır. Mütəxəssislər sinə kiçiltmə, böyütmə, dikləşdirmə kimi əməliyyatların süd kanallarına təsir etmədiyini və əmizdirməyə əngəl olmadığını bildirir.

Estetik sinə əməliyyatı etdirən qadınların çoxu əməliyyatdan sonra süd verə bilməyəcək deyə qorxuya düşürlər. Xüsusən sinə kiçiltmə əməliyyatı zamanı süd vəziləri və yağ toxumasının bir qismi alınaraq sinə kiçildilir. Ancaq əməliyyat sonrası sinə toxumasının sinə başı ilə əlaqəsi kəsilmədiyindən südvermə funksiyası təsir görmür. Süd miqdarında da azalma baş verməz: "Döş böyütmə əməliyyatında istifadə edilən protezlərin sinə toxuması ilə heç bir təması olmur. Protez sinə arxası, ya da sinə əzələsinin arxasına yerləşdirilir. Buna görə əmizdirərkən analar heç bir problem yaşamaz. İmplantın (protez) tərkibinin südə qarışma ehtimalı da yoxdur. Silikon protezi olan qadınlar körpələrini rahatlıqla əmizdirə bilər. Bu əməliyyat zamanı artıq dəri kəsilib götürülür və sinə toxuması yuxarıya toplanır. Əmizdirməyə xidmət edən heç bir toxumaya müdaxilə edilmədiyindən ana rahatlıqla körpəsini əmizdirə bilər. Odur ki, menopauzaya girməyən, doğmaq şansını itirməyən qadınlar sinə dikləşdirmə əməliyyatı etdirə bilər".
Ailem.az

Sağlamlıq     Baxılıb: 2302   Tarix: 10 fevral 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

geyim necə seçməli toy makiyajlari qis geyimləri 2026 doğuşa hazırlıq kök suyu praktik məsləhətlər sağlamlıq xəbərləri kosmetika qiz evi ucun azerbaycan vətən haqqında bayatılar yumurta novruz bayramina aid hakisdalar