Sınanmış və təsirli müalicəvi vasitə - "YOD SETKASI

Sınanmış və təsirli müalicəvi vasitə - Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım vasitəsi kimi müxtəlif travmalar, iltihablar və s. zamanı geniş istifadə olunur.
Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.
Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir - bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.
Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.
Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) - bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.
Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır - parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, "yod setka"sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod "setka"sı qəti əks-göstərişdir!
Sınanmış və təsirli müalicəvi vasitə - Yod "setka"sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:
- osteoxondroz (boyun və bel ağrıları zamanı)
- lyumbaqo (bel ağrıları)
- işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)
- nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)
- soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit
- mialgiyalar (əzələ ağrıları)
- hematomalar
- bağların dartılması
- oynaqlarda ağrılar
- əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.
Yod "setka"sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi).
Yod yalnız sağlam zədələnməmiş dəriyə çəkilə bilər. Yoddan tez-tez istifadə etmək olmaz - həftədə 2-3 dəfə.
Bir çox pediatrlar uşaqlarda yod "setka"sından istifadə etmək tövsiyə etmir. Belə hesab olunur ki, bu uşaqların sağlamlığına ziyan gətirə bilər. Əgər siz uşağınızın müalicəsində yod "setka"sında istifadə etmək istəyirsinizsə, mütləq pediatrla məsləhətləşin.
Diqqət!
- Əgər siz allergik reaksiyalara meyillisinizsə, ehtiyatlı olun - yod güclü allergik reaksiyalara səbəb ola bilər.
- Əgər siz heç vaxt yoddan istifadə etməmisinizsə, yoda olan həssaslığınızı yoxlayın - qolun iç hissəsində yodla xətt çəkin və 30 dəqiqə gözləyin. Qızartı, qaşınma, ödem yoxdursa - "yod setka"sından istifadə edə bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 09 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi il

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

turlar.az

geyim və ayaqqabılar maskalar qis geyimləri 2026 qışa hazırlıq royanin oglu kişi xəyanət peraski cudu kosmetika seksler arıqla sirniyatlar haxisda haxışda