Sınıqçılıq necə öyrədilirdi?

Sınıqçılıq necə öyrədilirdi?Müxtəlif sınıq və çıxıqlar tez-tez təsadüf olunan və geniş yayılan zədələrdir. Cərrahlığın inkişaf etmədiyi vaxtlarda sınıqçılar özünəməxsus üsullarla onu müalicə edir, ətraf orqanların, onurğa sütunu, boyun, qabırğa, bel, çanaq sümüyü sınıqları və çıxıqlarının müalicəsinə nail olurdular.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, uzun illərdən bəri qədim təbabət üsullarını öyrənməklə məşğul olan professor Fəzail Vəliyev deyib: "Sınıqçılıq sənətinə yiyələnməyin özünəməxsus xüsusiyyətləri var. Atadan oğula, oğuldan nəvəyə nəslən keçən sınıqçılıq sənəti uzun bir proses nəticəsində mənimsənilirdi. Təcrübəli sınıqçılar aylarla, illərlə yanlarında şagird saxlayır və öz təcrübələrini onlara öyrədirdilər. Yalnız müəyyən təcrübə keçən və ənənələrə yiyələnən şagirdlərin sınıqçılıq etməyə haqqı çatardı".
Professor söhbətinə davam edərək deyib: "Peşəkarlar şagirdlərin püxtələşməyini sınaqdan çıxarmaq üçün şüşə və saxsı qabları kisəyə və ya xurcuna qoyandan sonra onu vurub sındırır, şagird isə gözlə görmədən, əllərini içəri salmadan onları bərpa etməli olurdu. Bəzən həmin sınaqlar dəfələrlə təkrar edilir və nəticədə bunu etməyi mükəmməl surətdə bacaran sınıqçı kimi fəaliyyət göstərirdi.
Sınıqçılıq sənətində başlıca məharət sınmış yerləri müəyyən etdikdən sonra cığlanmış sümükləri əllə hamarlayıb öz əvvəlki vəziyyətinə gətirməkdir. Bundan sonra müasir gipsi əvəz edən yaxma məhlulu parça üzərinə çəkilərək sınıq yerinə bağlanırdı. Yaxma maddəsi bal, un, ağac yapışqanı, yumurta sarısı, duz, zəy və saqqızdan hazırlanırdı. Sarığın tərpənməməsi və sümüklərin yerinə kip oturması üçün sınmış yer hər iki tərəfdən ağac şinlər və ya qarğı çiliklər vasitəsilə bağlanırdı. Adətən bir həftə sonra sarıq-gips açılaraq yoxlanılır, zərurət olanda sarğı təkrarlanır, sümük əyri bitəndə onu sındırıb yenidən birləşdirirdilər. Bunun üçün yumşaldıcı vasitə kimi qoyun quyruğu, keçi piyi və çilədağ bitkisinin kökündən məlhəm hazırlanaraq sümük yumşaldılır, sındırılır və yenidən gipsə salınırdı. Sümüyün sürətlə bitişməsi üçün xəstəyə xaş və ya kəlləpaça suyu yedizdirirdilər. Sınıq və çıxığı tez sağaltmaq üçün həm də nar ağacının qurudulmuş kökü toz halına gətiriləndən sonra əzvayla (aloe) qarışdırılaraq həmin nahiyəyə bir neçə dəfə təpitmə qoyulurdu.
Bəzən ayaqda, əldə burxulma və ya çıxıq olanda da sınıqçılar köməyə gəlir, çıxıqları yerinə salır, burxulmuş yerləri isə çirkli yun üzərinə yumurta yaxısı çəkərək bağlayırdılar. Həmin qayda ilə şiş aradan götürülür, ağrılar azalırdı".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1689   Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sade makiyaj sekilleri geyim və ayaqqabılar toy gecesi tanınmış qadın simalar çolkalı saç modelleri saclarin yigilmasi yemisan faydasi kosmetika statuslar novruz bayrami hakisda atalar sozu hakiwda veten haqqinda atalar sozu