Sinir sistemini gücləndirən MƏHSUL
"Mütəmadi olaraq qədərində banan yemək ürəyə müsbət təsir göstərir və sinir sistemini gücləndirir".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Seçenov Universitetinin Fərdi Tibb İnstitutunun sağlamlığı idarəetmə klinikasının həkim-dietoloqu Natalya Puqaçova "Moskva" Şəhər Xəbərləri Agentliyinə deyib.
O xatırladıb ki, bananın tərkibində kalium, maqnezium, manqan və mis var: "Ürəyin normal işləməsi üçün kalium və maqneziuma ehtiyac var, üstəlik, onlar arterial təzyiqin tənzimlənməsində iştirak edirlər. Mis hemoqlobin və kollagenin sintezinə kömək edir, eləcə də zərərli maddələrin zərərsizləşdirilməsinə təsir göstərir. Manqan isə enerji mübadiləsi üçün vacibdir".
Mütəxəssis qeyd edib ki, bananın tərkibində həmçinin çox miqdarda B6 vitamini - piridoksin var: "Bu vitamin sinir sisteminin sağlamlığı, hematopoez, antioksidan qorunması üçün vacibdir".
Milli.Az /news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin