Sink çatışmazlığı nələrə səbəb olur? - problemi aradan qaldırmağın yolları

Sink çatışmazlığı nələrə səbəb olur? - problemi aradan qaldırmağın yollarıSink insan bədəni üçün həyati əhəmiyyət daşıyan minerallardan biridir. O, immun sistemi, dəri və saç sağlamlığı, dad və qoxu hissi, həmçinin hamiləlik və uşaqlıq dövründə sağlam böyümə üçün vacibdir. İnsan bədəni sinki özü istehsal edə bilmir, buna görə onu qida vasitəsilə qəbul etməlidir. Sink çatışmazlığı, bədənin qidalardan kifayət qədər sink qəbul edə bilməməsi və ya onu effektiv istifadə edə bilməməsi nəticəsində yaranır.
Milli.Az xəbər verir ki, sink çatışmazlığı müxtəlif səbəblərdən ortaya çıxa bilər:
Həzm sistemi ilə bağlı xəstəliklər (məsələn, malabsorbsiyon, çölyak, Crohn xəstəliyi)
Bitki əsaslı pəhrizlər, çünki bəzi bitkilər fitat tərkibli olub sinkin sorulmasını azaldır
Yaşlılıq və hormonal dəyişikliklər
Hamiləlik dövründə artan tələbat
Alkoqol istifadəsi
Xroniki böyrək və qaraciyər xəstəlikləri
Şəkər xəstəliyi
Sink çatışmazlığının əlamətləri
Sink çatışmazlığı müxtəlif formalarda özünü göstərə bilər və simptomlar digər xəstəliklərlə oxşar ola bilər. Bunlara daxildir:
Tez-tez xəstələnmək, immunitetin zəifləməsi
Saç tökülməsi və ya saçların incəlməsi
Dırnaqlarda dəyişikliklər, rəng dəyişməsi, qırılma
Enerji çatışmazlığı və sinirlilik
İştahsızlıq
Dad və qoxu hissinin zəifləməsi
Uşaqlarda və yeniyetmələrdə gec böyümə
Dəri problemləri və sızanaqlar
Yara və zədələrin gec sağalması
Kişilərdə sperma sayının azalması
Sink çatışmazlığının bədənə təsiri
Sink çatışmazlığı bədənin müxtəlif sistemlərini zəiflədir: immuniteti aşağı salır, dərini, saç və dırnaqları təsir edir, böyümə və hüceyrə inkişafını ləngidir. Həmçinin çatışmazlıq enerji azalmasına, sinirliliyə və ümumi halsızlığa səbəb ola bilər.
Sink çatışmazlığını aradan qaldırmaq üçün sink ilə zəngin qidaların istehlakını artırmaq vacibdir.
Ən zəngin sink mənbələri bunlardır:
İkiqabıqlı molyusk (İstiridye) - təbii olaraq ən yüksək sink tərkibi
Qırmızı ət - xüsusilə mal və qoyun əti
Toyuq və hinduşka - yaxşı protein və sink mənbəyidir
Dəniz məhsulları - xərçəng və digər dəniz məhsulları
Quru meyvə və tumlar - balqabaq, günəbaxan toxumu, kaju fıstığı
Paxlalılar - noxud, mərcimək, lobya
Süd məhsulları - süd, pendir, qatıq həm protein, həm də sink təmin edir
Tam taxıllar - qəhvəyi düyü, kinoa, yulaf
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1262   Tarix: 21 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

donlar 2026 toy gecesi qadin dunyasi uz derisine qulluq maskalari xınayaxdı sözləri balıq yeməkləri sağlam ol kosmetika 8 mart tanisliq sekisler oğlaq novruza aid hakisda