Sinusit nədir?

Sinusit nədir?Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.
Səbəbləri və Növləri
Haymorit - əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı - polisinusit baş verir.
Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də "sadə zökəmə" etinasız yanaşmaq lazım deyil.  Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.
Simptomları
Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.
Diaqnostikası
Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası aparmaq lazım gəlir. Rentgenoqramda ciblərdə kölgəlik görünür. Bundan əlavə haymor cibi xüsusi iynənin köməyilə yerli anesteziya olunaraq sınaq üçün punksiya edilir. Bu zaman onun möhtəviyyatının xarakteri müəyyən olunur.
Müalicəsi
İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Antibiotiklərlə birlikdə antihistamin preparatları, damarbüzücü maddələr və spreylər təyin olunur. Həmçinin, sınaq punksiyası zamanı cibdə irin aşkar olunarsa, irinin açılıb  təmizlənməsi sağalmanı tezləşdirəcək və xəstəni ağrılardan xilas edəcək.
Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərtilə istifadə etmək olar. Onların uzunmüddətli istifadəsi dərman asılılığına, medikamentoz zökəmin əmələ gəlməsinə və burunun selikli qişasındakı damarların bir növ iflicinə və ya selikli qişanın atrofiyasına gətirib çıxarır. Nəticədə burun daim tutulur və çox zaman cərrahi müdaxiləsiz bu vəziyyətdən çıxmaq mümkün olmur. Buna görə də burun damcıları istifadə olunarkən onları təyinatı üzrə qəbul etmək lazımdır.
Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma və s. kimi xəstəliklərin inkişafına təkan verə bilər. Bu ciblərin baş beyinə və göz yuvalarına yaxın yerləşməsi beyin qişalarının prosesə qoşulmasına və böyük beyin damarlarının trombozuna gətirib çıxara bilər. Beyin sümüklərində osteomielit, beyinin və beyin qişalarının iltihabı (meningit), abses və empiyema ən qorxulu və proqnozu ciddi olan ağırlaşmalardan hesab olunur. Belə olarsa xəstəliyin proqnozu ciddiləşir və bu zaman cərrahi müalicə qaçılmaz olur. Belə əməliyyatlara ümumi olaraq sinus cərrahiyyəsi deyilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2072   Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

turlar.az

maskalar sac duzumleri adlarin menasi zirinc haqqinda yuxa tortu öpüşmək zaur baxşəliyev kosmetika vetene aid atalar sozu xerçeng baliq uşaq nece olur tərəzi