Siqaret bu qorxunc xəstəlikdən xilas edirmiş
Alimlərin gəldiyi qənaətə görə, insan orqanizminin əsas düşmənlərindən biri olan siqaret yalnız bir halda insan üçün faydalıdır
Alimlər tütün tüstüsünün yalnız bir halda insan orqanizmi üçün əhəmiyyətli olduğunu aşkara çıxarıblar. Söhbət hemoqlobini kodlaşdıran DNK-dakı mutasiyanın səbəb olduğu irsi anemiyadan əziyyət çəkən Almaniya vətəndaşından gedir. Belə ki, siqaret çəkmək ona bu simptomlardan xilas olmağa kömək edib.
Xanim.az sputnik.az-a istinadən bildirir ki, bu tədqiqatla bağlı məqalə "Journal of Biological Chemistry" jurnalında yayımlanıb. Əvvəlcə dəmir çatışmazlığından yaranan anemiya AFR sakininin 23 yaşlı qızında tapılıb. Məlum olub ki, bu xəstəlik hemoqlobinin ağır zülallardan olan polipeptid zənciri α1 - i kodlaşdıran gen mutasiyası nəticəsində əmələ gəlib. O, hemoqlobini O2-yə qarşı həssas edir, nəticədə qırmızı qan hüceyrələri - eritrosidlər normal oksigenlə təmin edilmir. Qızın atasında da eyni çatışmazlıq mövcuddur, amma o, anemiyadan əziyyət çəkmir. Lakin onun qanında dəm qazının (karbon mono oksid) yüksək konsentrasiyası tapılıb. Məlum olub ki, kişi siqaret çəkəndir. Mutasiya hemoqlobinin dəm qazı ilə reaksiyaya girərək stabilləşməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkməklə bağlı olan xəstəliklərdən dünyada orta hesabla hər 8 dəqiqədə bir nəfər ölür. Tütün məmulatları qəbul edən insanlar arasında illik ölüm göstəricisi 5 milyon nəfərdir. Siqaret çəkmək ağciyər xərçənginin, ürək-damar və digər xəstəliklərin yaranmasına, həmçinin vaxtından əvvəl qocalmaya səbəb olur.









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri