Siqaret çəkən qadınlarda bu problemlər yaranır

Siqaret çəkən qadınlarda bu problemlər yaranırQadın həyatının ən məsuliyyətli və qayğıya ehtiyacı olan dövrü klimakterik dövrdür. Normal halda qadınlarda klimakterik dövr 45 və ya 50 yaşdan sonra başlayır. Ancaq klimaksın ilkin əlamətləri özünü 35-40 yaşdan sonra göstərməyə başlayır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bəzən elə olur ki, qadın özündə klimaksın əlamətlərini illərlə hiss edir. Ancaq ömrünün sonuna kimi aylıq tsikldən kəsilmir. Bəs görəsən qadınların bütün yaşam tərzində, sağlamlığında dəyişiklər edən klimaks nədir?
Klimaks xəstəlik yox, sindromdur
Klimaks aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar. Tibb elmində isə ona qadın xəstəliyi yox, sindrom deyirlər. Klimakterik sindromun insan orqanizmində yaşla əlaqədar olaraq, renraduktiv sistemin funksiyasının sönməsi nəticəsində əmələ gələn simptomokompleksdir.
Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında  kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir. 
Klimakterik sindromun ilkin əlamətləri
Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20 -yə çatmaqla, 30 dəqiqə davam edir. Dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir. Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və tez-tez hirslənir.
Klimakterik dövrdə yaranan xəstəliklər...
Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma risqi artır. Qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir.   
Klimakterik dövrdə qidalanmaya diqqət...
Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.
Erkən klimaks...
Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Bəzən elə olur ki, 30 yaşında klimaks dövrünə girən xanımlar olur. Bu insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur.
Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeteryanlara da klimaks dövrü erkən başlayır və çox ağır keçir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1257   Tarix: 25 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim və ayaqqabılar gelinlikler qadin sayti seksual qadin aroma və fitoterapiya hepatitlər pol breqq kosmetika aysel novruz bayramı rus dilini öyrənək 2 ci dərs aslan narin faydasi