Siqaret çəkənlər çəkməyənlərə nisbətən bu riskləri daha çox daşıyır

Siqaret çəkənlər çəkməyənlərə nisbətən bu riskləri daha çox daşıyır1988‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42‑ci sessiyasında 31 May Ümumdünya Tütünsüz Günü elan olunub.
Bu gün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqəti artırmaq məqsədilə qeyd edilir. Hər il bu gün ictimaiyyət tütündən istifadənin təhlükələri, tütün epidemiyasına qarşı aparılan mübarizə, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması barədə maarifləndirilir.
Pandemiya dövründə bu məsələ daha da aktualdır. Çünki, siqaret, digər tütün məhsullarından istifadə edənlərdə koronavirusa yoluxma riski digərlərindən dəfələrlə çoxdur.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında da bildirilir ki, siqaret çəkməyin insan beyninə olan ən önəmli zərəri, insult keçirmə riskini artırmasıdır. İnsult beyni qidalandıran damarların tıxanması və ya yırtılaraq qanaması nəticəsində beynimizin zərər gördüyü ölüm və ya iflic ilə nəticələnən hadisədir.
Bildirilib ki, siqaret çəkilərkən tənəffüs yollarında, ağciyərlərdə müxtəlif xəstəliklər əmələ gəlir. Bunlara ağciyər xərçəngi,  xroniki bronxit, astma, müxtəlif infeksiyalar, hətta allergik xəstəliklər aiddir. "Uzun müddət tütün məhsullarından istifadə etmək ürək xəstəlikləri və insult keçirmə riskini 2-4 dəfə artırır. Siqaret mədənin ifrazını artırır və mədə xorası, mədə xərçənginin inkişafını asanlaşdırır. Siqaret çəkənlərin çəkməyənlərə nisbətən mədə və bağırsaq xərçənginə tutulma riski 2 dəfə çoxdur. Siqaret çəkənlərdə çəkməyənlərə nisbətən  görmənin itirilməsi riski 2 qat daha çoxdur. Bunun səbəbi də tütündən çıxan  tüstünün gözlərə pis təsiri gözə gedən qan damarlarının tıxanma təhlükəsidir,-deyə məlumatda qeyd olunub.
Məlumatlara görə, hər il dünyada təxminən 8 milyon nəfər "tütün epidemiyası"nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadəçisidir. Siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatında isə bildirilir ki, ÜST tütün sənayesinin 13-17 yaşlı uşaqlarda tütünə aludəçilik yaratma fəaliyyətlərinə qarşı yeni kampaniyaya start verib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1508   Tarix: 13 iyun 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili