Şirniyyatdan sonra dişlərinizi fırçalamayın - Diqqət
Dişlərinizi təmizləmək üçün ən uyğunsuz vaxtı seçsəniz, bu, ağız sağlamlığınıza ziyan vura bilər.
Milli.Az xəbər verir ki, stomatoloq Tarun Naqpal xüsusilə şirniyyat, məsələn şokolad yedikdən dərhal sonra dişləri təmizləməyin təhlükəli olduğunu bildirib.
Mütəxəssis izah edib ki, şirin qida qəbul etdikdən sonra ağızdakı bakteriyalar şəkəri emal etməyə başlayaraq turşu ifraz edirlər. Bu turşu müvəqqəti olaraq diş minasını yumşaldır. Belə bir anda dişləri təmizləmək qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər ki, bu da zamanla dişləri zəiflədəcək, həssaslığı artıracaq və kariyesin yaranması üçün şərait yaradacaq.
Stomatoloq şirniyyat qəbul etdikdən sonra ən azı 30 dəqiqə gözləməyi məsləhət görüb. Bu vaxt tüpürcəyin turşuluğu neytrallaşdırması və minanı bərpa etməsi üçün lazımdır. O, müvəqqəti həll kimi isə ağzı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi tövsiyə edib ki, bu da qida qalıqlarını təmizləyəcək və ağız boşluğunun təmizliyini qoruyacaq. (oxu.az)
Milli.Az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri