Sistit - yaz mövsümünün aktual problemi

Sistit - yaz mövsümünün aktual problemiSirr deyil ki, yaz fəsli bir çox iltihabi xəstəliklərin baş qaldırması və xroniki proseslərin  kəskinləşməsi dövrüdür. Sidik kisəsinin iltihabi xəstəliyi olan sistit də həmçinin istisna deyil. Məlumdur ki, bu dövrdə sistit ilə xəstələnmə halları başqa dövrlərə nisbətən daha artıq olur. Bu da orqanizmin ümumi müqavimətinin azalması fonunda patogen mikrofloranın aktivləşməsi ilə əlaqədardır.
Sistit daha çox qadınlar arasında (80%) rast gəlinir, bu da onların sidik kanalının anatomik quruluşu ilə bağlıdır. İnfeksiya qısa sidik kanalından sidik-cinsiyyət sisteminə daha rahat keçərək iltiha­­­bın yaranmasına səbəb olur. Statistikaya görə hər dörd qadından biri həyatı boyu 1 dəfə olsa da sistit­lə xəstələnir. Kişilərdə bu patologiyaya daha az təsadüf olunur və yalnız 0,5% -də xroniki formaya keçir.
Sistitin yaranmasının əsas səbəbləri: Uroloqlar daha çox aşağıdakı səbəbləri göstərirlər: soyuqlama; "qeyri-uyğun" geyimlər (soyuq mövsümə uyğun olmayan, yüngül geyimlər və ya dar, çanağı sıxan geyimlər); oturaq, az hərəkətli həyat tərzi; şəxsi, əsasən də cinsi gigiyena qaydalarına əməl olunmadıqda; hipovitaminozlar və müxtəlif səbəblərdən yaranan immun sistemin zəifliyi; sidiyi saxlamaq adəti; stress, yorğunluq, yuxusuzluq; menopauza, şəkərli diabet; yeməklərdə çox kəskin, acı ədviyyatlardan istifadə etmək, həmçinin çox qızardılmış yeməklərə üstünlük vermək.
Sistitin əsas əlamətləri: tez-tez və qırıq-qırıq sidiyə getmə; sidik ifrazı zamanı ağrı və göynəmə hissi; pis qoxulu, bulanıq sidik, bəzən sidikdə qan; beldə ağrılar; zəiflik və tez yorulma; temperaturun yüngül qalxması. Bəzən xəstələr bu xəstəliyə barmaqarası baxırlar, mütəxəssisə müraciət etmədən özünümüalicə ilə məşğul olurlar və bununla da xəstəliyin gedişini xroniki edirlər.
Sistitin profilaktikası üçün tövsiyyələr. İlk öncə yuxarıda sadalanan risk faktorlarından uzaq durmaq, gün ərzində 2 litrə qədər su içmək, çay və qəhvə qəbulunu azaltmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, mövsümə uyğun isti geyinmək, dar, çanağı sıxan geyimdən uzaq olmaq, kifayət qədər fiziki aktivliklə məşğul olmaq, vaxtında yatmaq.
Sistitin müalicəsi üçün ənənəvi olaraq antibakterial dərmanlar tətbiq olunur. Bununla belə sidikçıxarıcı yolların istənilən infeksiyalarının müalicəsində əsas məqsəd xəstəliyin xroniki formaya keçməsinin və residivlərin qarşısını almaqdır. Mütəmadi və nəzarətsiz olaraq antibiotiklərin qəbulu, xəstəliyə səbəb olan mikroblarda rezistentlik, yəni davamlılıq yarada bilər. Bu səbəbdən Avropa Uroloqlar Cəmiyyəti antibiotiklərlə müalicəni bitki mənşəli fitopreparatlarla kombinə etməyi məsləhət görür.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1656   Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

makiyaj instagram geyim seçimi qis geyimləri 2026 2026 payiz qis kolleksiyasi sabir haciyev qizilgul haqqinda melumat karikatura kosmetika vusale elizade gəncə kahfe kali hesaplama burcler haqqinda