Sızanaqları, qırışları və iltihabı aradan qaldıran yağlar

Sızanaqları, qırışları və iltihabı aradan qaldıran yağlarTəbii yağlar dərini sağaldır, nəmləndirir və qoruyur. Əlbəttə ki, hər kəsin dəri quruluşu fərqlidir və bu nöqtədə sizin üçün ən uyğun olanı tapmaq, dərini və istifadə edəcəyiniz məhsulları tanımaq lazımdır.
Milli.Az Axşam.az-a istinadən cild baxımında istifadə edə biləcəyiniz yağlar təqdim edir.
1. Arqan Yağı
Arqan yağı saç baxımında, həmçinin, dəridə yaşlanma əlamətləri yarandıqda istifadə olunur. Cildin nəm və rəng balansında, elastikliyinin bərpasında da mühüm rol oynayır. Yüksək miqdarda E vitamini, yağ turşuları və antioksidanlar ehtiva edən arqan yağı kollageni dəstəkləyir, sızanaqları müalicə edir və erkən yaşlanma əlamətlərinin qarşısını alır. Bu yağdan maskalar hazırlayarkən də istifadə edə bilərsiniz.
2. Zeytun yağı
Tərkibindəki A və E vitaminləri, güclü antioksidanlar iltihaba və qırışlara qarşı faydalıdır. Dərini nəmləndirən, təmizləyən və qoruyan zeytun yağı günəş ləkələrini müalicə edir. Hətta bu yağdan makiyajı təmizləmək üçün də istifadə edə bilərsiniz.
3. Kokos yağı
Həm saç, həm də dəri üçün əvəzolunmazdır. Hüceyrələri bərpa edərək iltihabı aradan qaldırır, dərinin quruluğunu müalicə edir.
4. Avokado yağı
Beta-karoten, lesitin və A, D və E vitaminləri ilə zəngindir. Dərinizi nəmləndirir və qırışları azaldır. Eyni zamanda, kollagen istehsalını da artırır.
5. Çin simmondiyası yağı
Sızanaqlı dərinin müalicəsində istifadə olunur. Sızanaqlar üçün hazırlayacağınız maskalara bu yağdan əlavə edə bilərsiniz. Bu dəridəki iltihabı azaldaraq bərpa prosesini sürətləndirəcəkdir.
6. Çay ağacı yağı
Ayaq göbələyi, ekzema, kəpək kimi problemləri müalicə edir. Dəriyə birbaşa tətbiq etmək əvəzinə bir daşıyıcı yağ əlavə edərək yumşaldın.
7. Üzüm toxumu yağı
Dəri xərçəngi və qırışların yaranma riskini azaldır. Həmçinin, günəşin ultrabənövşəyi şüalarından qoruyur.
8. Lavanda yağı
Dəridə yaranan qırışları və zədə izlərini müalicə edir. Sızanaqları, əzələ ağrısını azaldır, cildin nəfəs almasını asanlaşdırır, saç tökülməsi və kəpək kimi problemləri həlli edir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1235   Tarix: 23 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qaşların formalari gelinlikler geyim seçimi baliq qulagi seksual fotolar gavalının faydaları haxışta sözləri kosmetika zehmet ve zinet haxisdalar qız bürcü nagillar birlik