Sizə cadu olunub- olunmadığını bilmək istəyirsinizsə, MÜTLƏQ OXUYUN!

Sizə cadu olunub- olunmadığını bilmək istəyirsinizsə, MÜTLƏQ OXUYUN!İndi XXI yüzillik olsa da, insanlarımız cadu-bitikdən əziyyət çəkir. ("Bitik" - qədim türkcə "yazı" deməkdir). Yazılmış, cızılmış, oxunub üfürülmüş müxtəlif cismlər vasitəsilə bədxahlar, qara magiya ilə məşğul olan, pula görə Allahını tanımayan zalım adamlara cadu etdirirlər. Təbii ki, bu vaxt insanın əhvalı pozulur, iştahadan kəsilir, adi həyat ritmi dəyişir. İbadət, oruc tutmaq, müxtəlif dualar insanı pis niyyətli adamların şər işlərindən qoruya bilir. Üzügülər olub səmimi davranan üzüyola adamlara cadu az edilir. Tarixi qaynaqlar peyğəmbərimizə edilən cadudan bəhs açır.
Müslim əl-Buxari Aişədən rəvayət edir ki, bir dəfə Allahın rəsulu Məhəmməd peyğəmbərə (ona Allahın xeyir-duası və salamı olsun) cadu edilir. Bunun təsirindən xəstələnərək yatağa düşür. Nəhayət, Cəbrayıl bunun səbəbinin dərin quyuda daşın altında gizlədilmiş cadu olduğunu bildirir və cadunu oradan çıxarırlar.

Cadu edilmiş adamın əlamətləri

Cadunun təsirinə məruz qalmış adamların ovqatları, səhhəti, maddi, fiziki və mənəvi durumu haqqında müxtəlif qaynaqlarda məlumat hifz olunmaqdadır. Məsələn, XIII əsrdə yaşamış İbnül Hac ət-Timisani "Şümusül-ənvar" (Nurlu Günəşlər) əsərində cadulanmış adamın əlamətləri barədə xəbər verir. O, yazır ki, sehirlənmiş adam qapısı bağlı evə bənzər ki, pəncərəsi yoxdur. İnsanın vücuduna bir tikan və ya ox batarsa, çıxarmadan ağrısının xəfiflənməsi mümkün deyil.

Cadunun köməyi ilə ərə elə hökm olunur ki, arvadına nifrət etsin, cadudan qabaq onu nə qədər böyük məhəbbətlə sevirdisə də, indi o dərəcədə ondan diksinər.
Cadu ilə arvada hökm olunur ki, ərinə nifrət etsin. Ondan o qədər bezər ki, sanki gözünə əri yox, bir donuz və ya düşmən görünür.
Cadu - qız və ya dul qadınların evlənmələrinə əngəl olar. Onları istəməyə gələnlər qapıya çatanda fikirlərindən vaz keçər, geri dönərlər, qismətləri bağlanmış olur. Bu qızlar küçəyə çıxmağı xoşlamaz. Evdən çıxıb döndükdə isə, sanki ölümündən qurtulmuş kimi gələrlər.
Ailə başçısına cadu olunubsa, uşaqlarını, arvadını söyüb döyər.
Heyvanlara da cadu edilir. Bu vaxt onların qarınlarındakı dölləri ölür. Ev heyvanlarında xəstəlik orataya çıxır, süddən kəsilir. Heyvanlardan qatır, eşşək və ata cadu təsir etmir, onlar ancaq piz gözdən güdaza gedirlər.
Uşaqların ölümünə də cadu olunur, belə anaların çox az cocuğu qala bilir. Qız bürcünün çərşənbə və ya cümə günlərində bir qadın rəsmi çəkilib, hər hansı qadına tətbiq ediləndə o xanımın doğduğu bütün uşaqlar qız olur. Cinsi əlaqəni pozan sehrlər də var. Bu sehirlərlə gəlin ərinə nifrət edər, onunla ünsiyyətdən xoşlanmadığını deyər.
Cadu olunmuş adamlar xəstəlik tapır, baş və qarnına su yığılır. Qadınların simaları dəyişir, ağzı və üzü əyrilə bilir. Ailədə qarşılıqlı güzəşt olmaz.
Cadu olunanın cibində pul qalmaz, mal əşya və heyvanları tələf olar. Ailədə qohumlar arasında anlaşılmazlıq, kin, nifrət yaranır. Ətrafındakı adamların gözündə dəyərdən düşər. Öz işinə, fəaliyyətinə qarşı soyuyar.
Vətənində qalanda ürəyi sıxılar, kənarda eyni açılar, cadu açılmasa evinə dönə bilməz.

Cadudan necə təmizlənməli?

Sehr edən qara maqlardan savayı cadunu açıb insanlara xoş əhval-ruhiyyə bəxş edən ağ maqlar da var. Bu işlə Azərbaycanın bir sıra bölgələrində ad çıxarmış şəxslər var. Osman Pamukun hazırladığı "Dua və həvas ensiklope­diyası"nda qədim zamanlardan gələn bir sıra reseptlərdə cadunun təsirini azaltmaq və pozmaq üçün müxtəlif üsullar var. Onlardan biri budur: Həmin cadu olunmuş şəxs üçün dörd metr uzunluğunda bir ip götürür, asan açıla biləcək iki yüz iki düyün vurulur. Qarşıya bir stəkan su qoyulur. Cadulanmış adamın qarşısında oturan adam düyünləşmiş ipi götürür. Deyir: "Gül Əuzu bi rəbil fəlak" (Fəlaq surəsini axıradək oxuyur. Kiçik surədir) düyünə üfürür, üfürdüyü düyünü açır. "Bu şəxs üçün düyünlənən düyünü açdım". Bu üsulla, Nas, Qədər surələrini növbə ilə oxuyub, düyünü açırlar. Hər açımda onu suya salar. Bir şəxs də bu proses zamanı üzərlik yandırmalıdır. Cadulanmış şəxs bu açımdan sonra Allahın izniylə özündə rahatlıq tapar.

Xəbərlər     Baxılıb: 8733   Tarix: 06 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetoloq yay geyimləri 2026 geymler 2026 saç həkimi veten haqqinda atalar sozu 2026 ayaqqabı modelləri kişi dünyası kosmetika irem derici novruz bayrami zehmet ve zinet insan xanım az