Sizofreniyanın əlamətləri
Sizofreniya ruhi xəstəliklər arasında geniş yayılmış xəstəliklərdən biridir. Xəstəlik özünü müxtəlif əlamətlərlə göstərir. Bunlar hansılardır?
Şizofreniya xəstələri var olmayan səslər eşidir, var olmayan insanları "gördüklərini" söyləyirlər (halyusinasiya). Bu səbəbdən də aqressiv, narahat və həyəcanlı olurlar.
Şizofreniya xəstəliyinin əlamətləri özünü bəzən yavaş-yavaş, bəzən isə qəfildən göstərir. Yavaş-yavaş irəliləyən zaman xəstəlik özünü aşağıdakı əlamətlərlə göstərir:
- xəstənin diqqəti dağınıq olur
- özünə fikir vermir
- ətraf mühitlə maraqlanmır
- lazımsız elmlə maraqlanır və s.
Bu əlamətlərlə başlayan narahatçılıqlar sonradan özünü boş-boşuna, mənasız yerə deyinmə, anlamsız hərəkətlərlə göstərir.
Şizofreniya xəstəliyi öz əlamətlərini müxtəlif situasiyalarla göstərə bilər. Məsələn, bəzi xəstələr ətrafdakı hamının ona zərər verəcəyini düşünür, daima özünü qorumaq üçün yollar axtarır.
Bəzi şizofreniya xəstələri isə daima səslər eşitdiklərini iddia edirlər. Onların səs halyusinasiyaları qorxuducu ola bilir. Belə xəstələr elədikləri hərəkətlərə cavabdehlik duymurlar. Hətta ağır cinayət törətmiş adamların bəzilərinin şizofreniya xəstəsi olduğu
öz təsdiqini tapnışdır. Onların bəziləri törətdikləri cinayəti onlara kiminsə etdirdiyini söyləyirlər.
Şizofreniya xəstələrinin duyğularında zəifləmə, hərəkətsizlik, işdən və təhsildən ləngimə, çevrədən uzaqlaşıb, tənhalığa üstünlük vermə kimi əlamətlər olur.
Şizofreniya xəstələrində intihara meyillilik çox olur və intihara nə vaxt təşəbbüs edəcəyini təyin etmək ümkün olmur.
Milli.Az / news.milli.az









50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Xiyarın möcüzəvi faydaları
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
Sağlam qaraciyər üçün qəhvə için
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun