Smayliklər insanın daxili aləmi barədə çox şey danışır

Smayliklər insanın daxili aləmi barədə çox şey danışırBritaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə qənaətə gəlib ki, insanların internetdə yazışma zamanı istifadə etdikləri "yardımçı" kommunikasiya vasitələri istifadəçilərin xarakteri barədə maraqlı məqamları üzə çıxarır.
Mütəxəssislər smayliklərin tədqiqinin psixoloq və sosioloqlar üçün geniş imkanlar açdığını bildirirlər və onları bu imkanları lazımınca dəyərləndirməyə çağırırlar.
Alimlər əvvəllər aparılan bəzi tədqiqatlara istinad ediblər. Məsələn, bu yaxınlarda məlum olub ki, internetdə smayliklərdən və "gerçək dünyada" jestlərdən istifadə zamanı insanın baş beyninin təqribən eyni nahiyəsi işləyir. Bu isə o deməkdir ki, insanlar mesajlarını dəqiqləşdirmək və onların düzgün başa düşüləcəyinə əmin olmaq üçün smayliklərdən istifadə edirlər. Yəni belə təsvirlərdən funksiyaya uyğun istifadə olunmasını əl-qol hərəkətləri, ondan da çox intonasiya seçimi ilə müqayisə etmək olar.
Alimlərin fikrincə, smayliklərin öyrənilməsinin bir neçə başqa üstünlüyü də var. Məsələn, şifahi danışıq nadir hallarda yazılır. İnternetdə yazışmalar isə çox vaxt saxlanılır. İnsanın psixoloji portretini tərtib etmək üçün onlardan asanlıqla istifadə etmək olar. Bu yaxınların statistikasına görə, hazırda hər on internet istifadəçisindən doqquzu smayliklərdən istifadə edir.
Mütəxəssislər bildirirlər ki, smayliklərdən başqa internetin başqa "dəbdə olan" kommunikasiya vasitələri də, məsələn, memlər deyilən təsvirlər və videoyazılar da insan haqqında müəyyən informasiya mənbəyi ola bilər. İnternetin belə fenomenlərinin və onların açdığı perspektivlərin öyrənilməsi üçün alimlər yeni elmi istiqamətin – kiberpsixologiyanın əsasını qoymağı təklif edirlər.
Azertag.az

Xəbərlər     Baxılıb: 5257   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

sac duzumleri geyim dəbləri geymler 2026 mayasiz pizza xemiri maraqlı faktlar almaniya haqqinda melumat salat reseptləri kosmetika novruz hakista arxadan olmag klitor sağlamlığa aid atalar sözləri vətən haqqında bayatı