SN qızılca peyvəndi ilə bağlı valideynlərə xəbərdarlıq etdi

SN qızılca peyvəndi ilə bağlı valideynlərə xəbərdarlıq etdiQızılcaya yoluxanlar arasında ən həssas kontingent məktəbəqədər və məktəb yaşlı uşaqlardır. Xəstəliyin törədicisi mühitdə davamsız olduğuna baxmayaraq (təqribən 2 saat ərzində məhv olur), yoluxma hava-damcı yolu ilə baş verir.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionisti Afət Əkbərova bildirib. Onun sözlərinə görə, xəstəliyi keçirməyən və peyvənd olunmayan şəxslərin qızılcaya yoluxma ehtimalı 95-96% təşkil edirsə, bunun əksi olaraq 2 doza peyvənd alanlarda orqanizmdə yaranmış anticisimlər uzun müddət virusa qarşı qoruyuculuğu təmin edir:
"Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli "QPM" vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir. Təəssüf ki, bəzi valideynlərin müxtəlif səbəblərdən immunlaşmadan imtina etməsi halları qızılca xəstəliyinin artmasına gətirib çıxarır. Xəstəlik özünü büruzə verməmişdən öncə xəstə inkubasion (gizli) dövr keçirir. Bu dövr 6-17 gün çəkə bilər. Başlanğıcda xəstədə qripə oxşar əlamətlər, yəni halsızlıq, iştahasızlıq, uşaqlarda çəki itkisi, alt göz qapağının şişkinliyi, gözün selikli qişasının hiperemiyası, zökəm, bədən temperaturunun 37,2-37,5℃-ə kimi yüksəlməsi müşahidə olunur. Məhz bu zaman qızılcaya xas spesifik əlamət olan yanağın selikli qişasında "koplik ləkələr" adlanan səpgiləri görünür.
Tezliklə xəstənin hərarəti 39-40℃-ə kimi yüksəlir, kəskin baş ağrıları, səsin kobudlaşması, işıqdan qorxma, quru öskürək başlayır. Ardıcıl olaraq yayılan, öncə qulaqların arxasında, burunun üstündə, sonra isə tədricən bütün üzü, boyun dərisini, gövdə, qollar və ayaqları tamamilə örtən səpgilər əmələ gəlir. Sağalma başlayanda səpgilər həmin ardıcıllıqla solur, piqmentləşir və bəzən yerlərində kəpəkvari qabıqlanma olur.
Xəstə insan onunla təmasda olanlar üçün kataral (qripə bənzər simptomlar olan) dövrün sonunda və səpgilərin göründüyü ilk günlər yoluxucudur. Bu, həmin dövrdə virusun qanda maksimal konsentrasiyası ilə əlaqəlidir.
Səpgilərin üçüncü günündən virusun miqdarı azalır. Yoluxuculuq qabiliyyəti aşağı düşdüyü andan qanda anticisimlər əmələ gəlməyə başlayır, nəticədə xəstəlik keçirən insanlarda bütün həyatı boyu davam edəcək immunitet yaranır. Beləliklə də təkrar yoluxma halları cəmi 0,5 - 1,0% təşkil edə bilir".
Həkim deyib ki, virus tənəffüs yollarını və mədə-bağırsaq traktını zədələdiyi üçün fəsadlar bu sistemlərə daxil olan orqanlarda özünü büruzə verə bilər:
"Belə ki, seroz meningit, meninqoensefalit, sinusit, laringit, traxeobronxit, otit, yevstaxit, pnevmoniya və s. ağırlaşmaların yaranmasında ikincili bakterial infeksiyanın qoşulması da öz rolunu göstərir. Bu fəsadların rast gəlmə faizi risk qrupuna aid olan şəxslərdə xüsusilə yüksəkdir.
Özünüzdə və ya yaxınlarınızda xəstəliyin hər hansı bir simptomlarını müşahidə etdiyiniz təqdirdə, digərlərindən təcrid olunmaq, gigiyena qaydalarına, düzgün qidalanmaya, yataq rejiminə riayət etmək və həkim nəzarəti altında olmaq tövsiyə edilir. Qızılca xəstəsi ilə təmasda olduqda isə, 72 saat ərzində peyvənd və ya təmasın 5-ci günündən gec olmayaraq insan immunoqlobulinin yeridilməsi məsləhət olunur.
Qeyd edim ki, qızılca peyvəndlə qarşısı alına bilən yoluxucu xəstəliklərdən biridir. Aktiv immunizasiya yolu ilə bu xəstəlikdən, eləcə də onun fəsadlarından qorunmaq mümkündür.
Ölkəmizə Səhiyyə Nazirliyi tərəfindən UNİCEF xətti ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlər gətirilir. Bir daha valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, obyektiv əks göstəriş olmadan ölkədə mövcud olan peyvəndlər təqvimindən yayınma hallarına yol verməsinlər. Bu təqvimə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və ya məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar təcili olaraq bu dozanı almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar".
Milli.Az

Xəbərlər     Baxılıb: 1023   Tarix: 15 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

turlar.az

qadın geyimi reseptler donlar 2026 qadın və din ziyafət geyimləri yalan danismaq haqqinda atalar sözləri qonaq otagi dizayni 2026 kosmetika uşaq şeirləri pehriz sac duzumleri klitor laylalar