Soda məişətdə və təbabətdə bilmədiyiniz faydaları

Soda məişətdə və təbabətdə bilmədiyiniz faydalarıAğ rəngli kristallik toz olan soda zəif duzlu və ya qələvi dada malikdir. Suda çox yaxşı həll olur, spirtdə isə demək olar ki, həll olmur.
Çay sodası bəşəriyyətə lap qədim zamanlardan, hətta paleolit dövründən məlumdur.
Azertag.az bildirir ki, soda XVIII əsrdən başlayaraq mətbəxdə, elmi təbabətdə və xalq təbabətində istifadə edilir.
Rusiyada XIII-XIV əsrlərdə qarpız dilimlənərək sodalı suda isladılır və ondan dadlı çərəz hazırlanırdı. Qarpızı uzun müddət saxlamaq üçün də sodadan istifadə edilirdi. Bundan başqa yanğının üzərinə quru soda tökülməsi onun qarşısını alır. Qoxu gələn yerlərə soda səpilməsi iyin çəkilməsinə səbəb olur.
İlk rəngli karandaş 1683-cü ildə Almaniyada yaradılsa da, keyfiyyətli deyildi, lakin sonradan istehsal prosesinə sodanın əlavə edilməsi ilə daha keyfiyyətli və möhkəm karandaşlar yarandı.
Üzgüçülər əzələdə süd turşusunun miqdarını azaltmaq üçün sodadan dopinq kimi istifadə edirlər.
Tibbi məqsədlər üçün soda daha geniş miqyasda tətbiq edilir. Mədə qıcqırması zamanı yarım çay qaşığı soda 1 stəkan suda həll edilərək kiçik qurtumlarla içilir. Həmin reseptin günorta yeməkdən yarım saat əvvəl və 1 həftə qəbil edilməsi isə miqrenin, 1 çay qaşığı sodanın 1 stəkan suda həll edilərək gündə 6 dəfə qarqara edilməsi isə öskürək və boğaz ağrısının qarşısını alır.
Xroniki laringit və rinit xəstəliyi zamanı da sodadan məhlul hazırlanıb qəbul edilir. 1 xörək qaşığı sodanın üzərinə 1 litr su əlavə edilərək qaynama həddinə çatdırılır, xroniki laringit zamanı gündə 5-6 dəfə 10-15 dəqiqə həmin məhlulla inhalyasiya edilir. Rinit zamanı isə 1 xörək qaşığı su 0,1 qram soda ilə qarışdırılaraq gündə 2-3 dəfə burun dəliklərinə damızdırılır.
Bağırsaqların təmizlənməsi zamanı da soda məhlulu faydalı vasitədir. 1 çay qaşığı soda 1 litr suda həll olunur, alınan məhlulla imalə edilir. Təmizləyici imalə 7 dəfə olmaqla günaşırı aparılır.

Xəbərlər     Baxılıb: 2122   Tarix: 05 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan