Soda qəbul etməyin təhlükəli təsirləri
Çox insanlar mədə yanması zamanı sodanı suda həll edib içirlər. İlk başda bu təsir edir, amma sodanın sonrakı zərərlərini çoxunuz bilmir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, qastroenteroloq Sergey Vyalov sodanın mədəyə təsirini açıqlayıb.
"Sodadan dərman əvəzi istifadə mədə xorasına yol açır. Reflüks və mədə qıcqırması zamanı soda içmək mədənin zərif selikli qişasını zədələyir. Soda bir neçə dəqiqə ərzində yandırıcı, aşılayıcı təsir edir.
Bu maddə əksinə mədə turşusunun daha sürətlə çox ifrazına səbəb olur.
Müntəzəm olaraq bu turşunun qida borusuna sıçraması onu da zədələyir.
Qida borusunun xorası, qanaxması, çapıqlaşması və sonda xərçəngə çevrilməsi baş verə bilər.
Soda qanın qələviləşməsini artırır. Bu zaman böyrək və sidik kisəsində daşlar əmələ gəlir.
Əgər mədədə yanma,göynəmə varsa, onun üçün daha yumşaq maye dərmanlar var. Mütləq həkimlə məsləhətləşərək onları için".
Milli.Az / news.milli.az









50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xiyarın möcüzəvi faydaları
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
Sağlam qaraciyər üçün qəhvə için
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları