Soğan, sarımsaq, limon xəstəliklərdən qoruyur?

Soğan, sarımsaq, limon xəstəliklərdən qoruyur?İnsanlar uzun illərdir ki, soğan, sarımsaq və limondan viruslardan qorunmaq, mövsümi soyuqdəymə zamanı immunitet sistemini gücləndirmək üçün yararlanır. Amma immunitet sistemini gücləndirmək üçün faydalı hesab edilən qidaların o qədər də təsirli olmadığı bildirilir. Son illərdə mütəxəssislər bu barədə dəfələrlə açıqlama veriblər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin laboratoriya təbabəti üzrə mütəxəssisi Marqarita Provotorova da belə bir açıqlama ilə çıxış edib.
Mütəxəssis deyib ki, immuniteti müəyyən qidalarla kəskin dərəcədə, birdən-birə gücləndirmək mümkün deyil. Onun sözlərinə görə, sarımsağın, limonun və soğanın immunitet tənzimləyicisi olması haqda çox böyük bir mif mövcuddur. Bu və başqa qidalar təbii, sağlam qidalanmaq baxımından faydalı məhsullardır, qida rasionuna daxil edilməlidir, ancaq onlar immunitet sistemini kəskin dərəcədə gücləndirə bilməz. Mütəxəssis deyib ki, güclü immunitet bir çox amillərə əsasən formalaşa bilər. Bunlardan biri də balanslı qidalanmadır. Hər hansı bir insanın gündəlik menyusunda bütün lazımi vitaminlər və minerallar olmalıdır. Buraya ət, balıq, süd məhsulları, tərəvəz və meyvələr daxildir. O, həmçinin C vitamini - askorbin turşusunun faydaları barədə məşhur mifi də təkzib edib. Mütəxəssis, askorbin turşusu və ya sitrus meyvələrinin qəbul edilməsinin xəstəliyin gedişini qısaltmadığını və müalicə etmədiyini qeyd edib.
Bundan başqa, o deyib ki, həkim tövsiyəsi olmadan vitamin kompleksləri qəbul etmək düzgün deyib. Onun sözlərinə görə, orqanizmin vitamin ehtiyacı analizlərə əsasən müəyyənləşdirilməlidir.
Daha əvvəl immunoloq-allerqoloq Marina Apletaeva da sarımsaq, soğan, zəncəfil kimi məhsulların viruslarla deyil, bakteriyalarla mübarizə apardığını bildirib. Amma bunları davamlı və az miqdarda istifadə etməyi tövsiyə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1931   Tarix: 14 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

turlar.az

yay kolleksiyasi geyim necə seçməli toy gecesi ana südü bayatilar xinayaxdi ucun sarimsaq limon mocuzesi 2026 yaz yay kolleksiyasi kosmetika kley lekesi azerbaycanli is adami amerikada gullelendi itburnu bayatı vətənə aid bayatılar