Soğan suyunun FAYDALARI - angina, qadın problemləri, xərçəng

Soğan suyunun FAYDALARI - angina, qadın problemləri, xərçəngHamı bilir ki, soğan çox faydalı tərəvəzdir. Lakin tək soğan deyil, onun qabıqları da çox faydalıdır.
Soğan qabığı insanın:
- immun sistemini möhkəmləndirir,
- iltihab əleyhinə və antiseptik təsirinə malikdir,
- aterosklerozla mübarizə aparır,
- ürək əzələsinin və damarların tonusunu artırır,
- qan dövranı yaxşılaşdırır,
- qanda xolesterinin səviyyəsini azaldır,
- sidik və öd qovucu təsir edir,
- qadınlarda və kişilərdə sidik-cinsiyyət sistemi iltihabları, qadınlarda menstruasiya funksiyasının pozulması zamanı yaxşı təsir edir,
- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir,
- yaraların, yanıqların daha tez sağalmasına kömək edir,
- xərçəng əleyhinə təsir edir və s.
Dəmləməni hazırlamaq üçün xırda doğranmış 2 xörək qaşığı soğan qabıqların üzərinə 400 ml qaynar su əlavə olunur və 15 dəqiqə ərzində su hamamında qaynadılır. Daha sonra dəmləmə soyudulur və süzülür.
Saglamolun.az bildirir ki, bu dəmləmə bu kimi hallarda uğurla istifadə oluna bilər:
- angina zamanı qarqara şəklində,
- bronxit zamanı. 1 xörək qaşığı soğan qabıqları dəmləməsi + 1 xörək qaşığı bal isti südə əlavə olunur və axşam yatmazdan əvvəl içilir.
- soyuqdəymə zamanı. 2 xörək qaşığı soğan qabığı dəmləməsinə 1 çay qaşığı bal əlavə olunur və gündə 3 dəfə qəbul olunur.
- yaz və payız avitaminozları zamanı. 1 stəkan soğan qabığı dəmləməsi + 1/2 stəkan limon şirəsi qarışdırılır və gün ərzində 2 dəfə yeməkdən sonra 1/3 stəkan içilir. Müalicə kursu - 21 gün.
- damaqların iltihabları zamanı. Dəmləmə ilə gün ərzində 3 dəfə qarqara edilir.
- qadınlarda cinsiyyət sistemi iltihabları və menstrual funksiyasının pozulmaları zamanı. Soğan qabığı dəmləməsi gündə 3 dəfə olmaqla qəbul olunur (stəkanın 1/3 hissəsi). Müalicə müddəti - 2-3 həftə.
Soğan qabığı digər xəstəliklər və pozulmalar zamanı da uğurla istifadə olunur. İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1516   Tarix: 07 may 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

makiyaj etmek qaydalari makiyaj instagram gözəllik məhsulları ilk öpüş karolın ve gızlı dunya ızle yuxa tortu üzdəki ləkələr kosmetika azerb clpaq qadinlari vətənə aid atalar sözləri novruz hakistalari novruz bayramina aid hakisdalar xlor lekesi