ŞOK! Azərbaycanın bu universitetedə hicablılar dərsə buraxılmır
Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.
Xanim.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən universitetin rektoru Akif Hacıyev xəbərin doğru olduğunu təsdiqləyib:
"Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik".
Rektor bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır:
"Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur"











Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
Haluk Leventin saxlanılan köməkçisi danışdı
Türkiyəli məşhurlar saxlanıldı
Pərvin Lətifovun anası faciəvi şəkildə vəfat etdi
Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA