ŞOK VİDEO: "Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən"-NİŞANLI ROZANIN ANASI

Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi.

Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınacaq.

Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç dərsə getmək istəmirmiş.

– Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi ki, ay ana, bayramın səhərisidi, gəl de görüm, nə geyinim ki, qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb qalıb, beyni partlayıb".

Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır:

"O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən, zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm, gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla bərabər basdırın".

Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni gözyaşlarsız seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq. Ruhu şad olsun.

ŞOK VİDEO: "Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən"-NİŞANLI ROZANIN ANASIŞOK VİDEO: "Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən"-NİŞANLI ROZANIN ANASIŞOK VİDEO: "Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən"-NİŞANLI ROZANIN ANASIŞOK VİDEO: "Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən"-NİŞANLI ROZANIN ANASI

Xəbərlər     Baxılıb: 25695   Tarix: 10 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

aksessuarlar gelinlikler geyim dəbləri tanınmış qadın simalar gozlerin bezenmesi veten haqqinda atalar sozu hekayələr kosmetika bürcler birlik haqqinda cantalar veten haqqinda bayati cinsi