Şok xəbər! Lənkəranski "dirildi"

Şok xəbər! Lənkəranski "dirildi""Dəfələrlə "İnterpol"dan gəlib qəbri açmağa çalışıblar"

Lənkərana bazar günü gəldim. Gəlişim Rövşənin üç mərasiminə təsadüf etdi. Elə şəhərə gələn kimi, ilk olaraq Kiçik Bazar Məscidinin qarşısında qurulan yas məclisində iştirak etdim. Daha sonra isə yolda tanış olduğum Nazim adlı Hökməli uşağıyla birlikdə qəbirüstünə getdik. İnsan axını, Rövşənin xatirəsinə göstərilən sevgi və hörmət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Amma yasa gələnlərin belə danışdıqları diqqətimdən kənarda qalmadı. İki-iki, üç-üç çevrə quran gənclər Rövşən Lənkəranskinin ölümündə "Kutlar Vadisi"nə aid məqamlar axtarırdılar. Biri deyirdi ki, "ölməyib, əslində sağdır". Bir başqası deyirdi ki, dostları onu reanimasiyadan çıxarıb başqa yerə aparıblar, sağalandan sonra yenidən meydana atılacaq….

Hələ, onun oxşarının öldürüldüyünü də deyənlər var. Bu eşitdiyim də maraqlı idi: "Dəfələrlə "İnterpol"dan gəlib qəbri açmağa çalışıblar, amma Rövşənin dostları və qohumları imkan verməyiblər.Qəbrin ətrafında 10-15 nəfər gecə-gündüz keşik çəkir".

Bu üç gündə məzarlığın yanından dəfələrlə keçmişəm, məzarlıq qarşısındakı maşınlarda əyləşən gənclərin saatlarla orda keşik çəkməsini, o baş-bu baş var-gəl etməsini özüm də təsdiqləyirəm. Amma "İnterpol" məsələsi ilə bağlı nə rəsmi bir məlumata rast gəlmədim, nə də özüm bir rəsmi nümayəndə ilə görüşə bildim. Amma fərziyyələr, şayiələr bitib tükənmək bilmir.

Rəhmətliyin yaxın adamlarından Rufo Gəncinskinin və yaxınlarda "vor" adı alan Ruslan Əhmədlinin də burda olduğunu öyrəndim. Rusiya nömrəsi olan bahalı avtomobillər hər addımda rastıma çıxır. Seyrəlmə hələ yoxdur, əksinə, bir ucdan gəlirlər və Lənkəranda otellərin "ağzına qədər" dolduğunu, artıq kirayə mənzilin də tapılmadığını desəm, yalançı olmaram.

Hər kəs "böyük toplantı"dan danışır. Bu "böyük toplantı"nın da məhz 7 mərasimindən sonra olacağı gözlənilir. Rəhbərliyin kimə keçəcəyi barədə dəqiq bir şey deyən yoxdur. Mənim də qəti məlumat kimi nəsə danışmağım doğru olmaz. Küçədə, məclisdə, kafedə eşitdiyim şayiələrdən başqa bildiyim heç nə yoxdur. Canıyevlərlə həmsöhbət olmaq, nəsə soruşmaq mümkün olmadı…

Lakin insanlarda dəhşətli bir qorxu var: azərbaycanlı "vor"lar bir-birini qıracaq, Rusiyadan gündə meyit gələcək… Bunların hamısını da mən elə Lənkəranda, Rövşən Lənkəranskinin çadırı və məzarı ətrafında gedən söhbətlərdən eşitdim.

Əlbəttə ki, bölgənin insanları Rövşən Lənkəranskini sevirdi və hələ də sevir. Onu "qaqaş" deyə yada salmaları da təsadüfi deyil. Bu hörmət və sevginin üstündən nəsə deməyim artıq olar. Avtoritetlər, oğrular haqqında danışanlar çoxdur. Mən bu mövzuda danışanlardan, özünü ağıllı göstərmək üçün fikir bildirənlərdən biri olmaq istəmirəm. Sadəcə bir şey deyim ki, həqiqət acı olsa da, onu qəbul etmək lazımdır. Rövşən Lənkəranski artıq dünyada yoxdur və onu sevənlər bunu elə də asanlıqla qəbul edə bilmirlər.

Elə ona görə də, yasına gəldikləri mərhumun hələ də sağ olduğu haqda danışır, dinləyir və özlərini buna inandırmağa çalışırlar. Həyatımız "Kurtlar vadisi" deyil… ssenarisi sadə, amma daha dəhşətli yazılıb. Allah rəhmət eləsin!

Mənbə: qafqaznews.az

Xəbərlər     Baxılıb: 10411   Tarix: 06 sentyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan