Solaxaylıq xəstəlikdir?

Solaxaylıq xəstəlikdir?Dünya əhalisinin təxminən 15 faizindən çoxunun solaxay olduğu bildirilir. 1992-ci ildə Britaniya Solaxaylar Klubu tərəfindən avqustun 13-də belə bir günün qeyd olunması təşəbbüsü ilə çıxış olunub. Məlumatlara görə, solaxaylar arasında kişilərin üstünlük təşkil etdiyi bildirilir. Solaxaylıq xəstəlik sayılmır, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hal hesab olunur. Bəs solaxaylıq hansı dövrdən başlayaraq inkişaf edir? Bunun ziyanlı tərəfləri varmı?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, uşağın solaxay, sağanay (sağ əllə yazan) yaxud ikili vərdişə malik olması anadangəlmə xüsusiyyət olsa da, dili mənimsəməyə başladıqları dövrdə - təxminən 4 yaşında özünü büruzə verir və ömürboyu davam edən vərdiş kimi qalır.
Beynin sol yarımkürəsi bədənin sağ tərəfinin, beynin sağ yarımkürəsi isə bədənin sol tərəfinin hərəkətlərini kontrol edir. Nitq kimi mürəkkəb bacarıqların inkişafı üçün uşaqlarda ilk olaraq fundamental sensor və motor bacarıqlar formalaşmalıdır. Psixoloqların fikrincə, kiçik motor hərəkətlərin inkişafı (əl və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər) dilin mənimsənilməsi və nitqin inkişafı üçün zəmin yaradır. Motor bacarıqların ilkin inkişaf mərhələsində uşaqlar sadə hərəkətlərin icrası üçün hər iki əldən bərabər səviyyədə istifadə etməyi bacarırlar. İnkişafın sonrakı mərhələsində isə mürəkkəb hərəkətlərin icrası üçün beynin sol yarımkürəsinin daha kompleks funksional fəaliyyəti tələb olunur, nəticədə isə sağ əldən istifadə vərdişləri inkişaf edir.
Tədqiqatlar göstərir ki, solaxaylıq inkişaf anomaliyası deyil. Bu, beynin funksionallığı ilə bağlı haldır və normal qəbul edilməlidir. Tədqiqat və müşahidələr onu da göstərir ki, solaxay uşaqlara məcburi olaraq sağ əldən istifadə vərdişlərinin öyrədilməsi onlarda bəzi psixoloji və davranış problemləri (səliqəsiz əl yazısı, kəkələmə, zəif konsentrasiya, fiziki yorğunluq və s.) yarada bilər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bir fəaliyyətin icrasında sağ əldən istifadə bacarığının mənimsənilməsi ilə insan tamamilə sağanay olmur, o, sadəcə bir növ fəaliyyətin icrasında sağ əldən istifadə edir, digər fəaliyyətlərdə isə yenə solaxay olaraq qalır.
Buna görə də istər təlim məşğələlərində (yazmaq, şəkil çəkmək və s.), istərsə də gündəlik sosial fəaliyyətlərdə solaxay uşaqlar olduğu kimi qəbul edilməli və onlara hörmətlə yanaşılmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1226   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj instagram aksessuarlar sade makiyaj sekilleri displaziya qargidali yaginin faydalari qurd xəstəlikləri dəridə ləklər kosmetika intim munasibetler uşaq şeirləri kökəlmək üçün suni mayalanma buga burcu