Solyari dərimizə hansı ziyanı vurur?

Solyari dərimizə hansı ziyanı vurur?"Gözəllik dünyanı xilas edəcək" fikrinə aludə olub hər bir təhlükəli yola əl ataraq, öz bədənlərində dəyişiklik etmək qadınlarımıza xas olan xüsusiyyətlərdəndir. Bir vaxtlar xanımlarımız dərilərinin qaralması üçün sadəcə yay mövsümünü gözləməli olurdular. Günəş şüaları vasitəsilə dərinin qaralması bir müddət davam edir. Qış mövsümündə dəri yenə də əvvəlki rəngini almağa başlayır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, son vaxtlar qaralmağı xoşlayanlar bunu süni yolla həyata keçirirlər ki, bu üsul "solyari" adlanır. Avropada qadınların 70%-i hər il solyariyə müraciət edirlər. Ölkəmizdə də solyaridən istifadə edənlərin sayı az deyil. Bəs, gözəlləşmək üçün əl atdığımız bu vasitənin əslində sağlamlığımıza ziyan vurduğunu bilirikmi?
Solyari orqanizmdə xəstəliklərin yaranmasına səbəb olur
Solyarinin orqanizmə müsbət təsiri olduğu kimi, mənfi təsiri də var. Həkim-kosmetoloqlar solyarinin bir çox xəstəliklər törətdiyini istisna etmirlər. Solyari saçın sturukturunun pozulması, onkoloji xəstəlikləri olan insanlarda şişin böyüməsi, dəri örtüyünün piqmentasiyasının dəyişməsi və dərinin elastikliyinin azalması kimi fəsadlar törədir. Əgər insanda D vitamini çatışmırsa, onun solyariyə girməsi təhlükəlidir. Bu halda həmin şəxsdə xərçəng xəstəliyi yarana bilər. Solyaridə yanmaq təhlükəlidir. Yanmaq nəticəsində meydana gələn yaranın izləri illərlə bədəndən getmir. Solyari şaquli və horizontal olur. Horizontal solyarinin fəsadları daha çoxdur.
Dermatoloq alimlər hesab edirlər ki, dərinin növündən asılı olaraq, hər insan doğulduğu vaxtdan müəyyən şüalar qəbuletmə normasına malikdir. Bu normanı keçmək orqanizm üçün təhlükəlidir. Qeyd edək ki, solyari ultrabənövşəyi şüalarla zəngindir. Ultrabənövşəyi şüalar kollagen və elastendən ibarət olan dəri karkasını dağıdır. Həddən artıq şüa qəbul etmək piqment ləkələrin əmələ gəlməsinə, katarakta kimi xəstəliklərin yaranmasına səbəb olur. Ultrabənövşəyi şüalanma orqanizmdə toplana və illər keçdikdən sonra öz fəsadlarını üzə çıxara bilər.
Solyari osteoporoza tutulma risqini xeyli dərəcədə azaldır
Orqanizmin yüzdən çox funksiyası Günəş şüasının təsirindən asılıdır. Solyari Günəş şüaları ilə zəngindir. Buna görə də o, soyuqdəymə vaxtı infeksiyalarla mübarizə aparmağa kömək edir, ayaqda xroniki səviyyəyə çatmamış varikoz damarlarının genişlənməsi zamanı da xeyirlidir.
Hamilə qadınların solyaridən istifadə etməsi təhlükəlidir
Həkimlər hamilə və şəkər xəstəliyi olan qadınların solyaridən istifadə etməsinə icazə vermirlər. Hamiləlik dövründə günün təsiri nəticəsində hormonların konsentrasiyası çoxaldığı zaman, qadınların üzündə tünd ləkələr əmələ gəlir. Bu ləkələr bəzən doğuşdan sonra yox olur, bir çox hallarda isə üzdə həmişəlik qalır. Solyari də bu ləkənin qalmasına səbəb olan vasitələrdən biridir. Eyni zamanda solyari dölün hərarətinin artmasına gətirib çıxarır. Əgər döl uzun müddət hərarət altında qalırsa bu, beyinin zədələnməsinə səbəb olur. Həmçinin bəzi tədqiqatçılar ultrabənövşəyi şüaların sinir sisteminə bilavasitə təsirini iddia edirlər. Yəni şüalanma uşaqların onurğa sütununa təsir göstərir. Bu da körpənin qüsurlarla dünyaya gəlməsinə gətirib çıxarır. Dərman qəbul edən insanların solyaridən istifadə etməsi Günəş allergiyasına səbəb ola bilər.
Solyari zamanı nələrə diqqət etmək lazımdır?
Solyari zamanı uzanacağınız yerin təmiz olmasından əmin olun. Əks halda bədəninizə mikrob keçər. Ən əsası isə gözünüzdə qoruyucu eynək olmalıdır. Eynəksiz solyariyə girmək gözlərinizin zəifləməsinə, bəzən də kor olmasına gətirib çıxarar. Bəzən qadınlar solyaridən sonra saçlarının codlaşmasından şikayətlənirlər. Bunun  qarşısını almaq üçün həmin vaxt saçlarınızı yaylıqla bağlayın. Daha ağ dərisi olan insanların 5 dəqiqədən artıq solyaridə qalması təhlükəlidir. Solyari 10 gün fasilələrlə davam etdirilməlidir. 
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1424   Tarix: 08 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

makiyaj instagram yay kolleksiyasi hamiləlik qadin dunyasi az ayaqların şişməsi aciq cinsi elaqe hicab geyimleri kosmetika haxışda badambura webnem tovuzlu usaq geyimleri sekisler