SON DƏQİQƏ! ACI XƏBƏR: Hər kəsin sevdiyi, uzun zamandır xərçəngdən əziyyət çəkən məşhur aktrisa VƏFAT ETDİ
Fransalı aktrisa və yazıçı Ann Vyazemski 70 yaşında vəfat edib.
Xanim.az report-a istinadən xəbər verir ki, onun ölümünə səbəb kimi onkoloji xəstəlik göstərilir.
Vyazemski rejissor Jan-Lük Qodarın keçmiş həyat yoldaşı idi.
Aktrisa Rober Bressonun "Bəxtə-bəxt, Baltazar", Qodarın "Çinli qadınla", həmçinin Paolo Pazolininin "Teorema", "Donuz damı" kimi filmlərində rol alıb.
Bundan əlavə, Vyazemski "Bir ovuc insan" kitabının da müəllifidir.