SON DƏQİQƏ! "ANS"- dən sonra "ATV" və "Xəzər" TV ilə bağlı QƏRAR VERİLDİ
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
MTRŞ-dan unikal.org-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.
Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün "Azad Azərbaycan" Teleradio Kompaniyasına ("ATV" televiziyası) və "Xəzər" televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul olunub.
Həmçinin "TV Texservis" kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iclasda Qubada fəaliyyət göstərən "Xəyal" Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) "Qafqaz" Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və "Albax TV" MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilmişdir.










Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin