SON DƏQİQƏ! ATV-nin daha 32 əməkdaşı işdən azad olundu
Bu gün rəhbərliyi dəyişən ATV telekanalının 32 əməkdaşı işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, onların içində "ATV dizayn" qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var. Həmçinin, ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, "Azad Azərbaycan" Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.
f Paylaş