SON DƏQİQƏ! Azərbaycana AĞIR İTKİ üz verdi- FOTO

SON DƏQİQƏ! Azərbaycana AĞIR İTKİ üz verdi- FOTOAzərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, akademiklə vida mərasimi avqustun 6-da Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi, şəhər ictimaiyyəti və mərhumun ailə üzvləri iştirak edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov vida mərasimində çıxış edərək bildirib ki, akademik Siddiqə Məmmədova bitki mühafizəsi, o cümlədən entomologiya sahəsində hərtərəfli biliyə malik olan alim idi.

AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Siddiqə Məmmədovanın vəfatının Azərbaycanın elmi ictimaiyyəti üçün ağır itki olduğunu vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyd edib ki, akademik Siddiqə Məmmədova Azərbaycanda və xaricdə tanınmış alim olub. Bitki mühafizəsi sahəsindəki apardığı elmi işlərə görə bitki mühafizəsi üzrə keçirilmiş VII Beynəlxalq konqresin medalı və diplomu ilə təltif edilib. Entomoloqların ümumittifaq, eləcə də Zaqafqaziya qurultaylarının dəfələrlə iştirakçısı olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə çıxışında bildirib ki, yüksək ixtisaslı kadrların hazırlanması alimin daim diqqət mərkəzində olub. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanıb. Alimin özü 2 elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri olub.

Siddiqə Məmmədovanın ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilib. O, bir sıra orden və medallarla təltif edilib, müstəqil Azərbaycan Respublikasının "Şöhrət" və "Şərəf" ordenlərinə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Sonra mərhumun ruhuna dualar oxunub, akademikin nəşi son mənzilə yola salınıb.

Xəbərlər     Baxılıb: 5273   Tarix: 07 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu