SON DƏQİQƏ! Azərbaycanda bu kommunal xidmətin qiyməti 17:00-dan sonra bahalaşacaq

SON DƏQİQƏ! Azərbaycanda bu kommunal xidmətin qiyməti 17:00-dan sonra bahalaşacaq"Günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tarifləri tətbiq edildikdən sonra böyük ehtimalla qiymətlər dəyişəcək, bahalaşma gözlənilir. İnanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin".

BAKU.WS xəbər verir ki, bu barədə istipress-ə müsahibəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsisçisi, iqtisadçı Qubad İbadoğlu Strateji Yol Xəritəsində nəzərdə tutulan elektrik enerjisinin tariflərinin dəyişdirilməsinə rəy bildirərkən deyib.

"Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. Azərbaycanda qiymətlərin gün ərzində differensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, "pik yüklənmə" saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə sənəddə qeyd olunub.

Qubad İbadoğlu planda müxtəlif tarif qiymətləri üzrə öhdəliklər nəzərdə tutulsa da bunların nə vaxt reallaşdırılması ilə bağlı konkret vaxtın göstərilmədiyini bildirib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri budur ki, işığın tarifinin dəyişdirilməsi istiqamətində hələlik müxtəlif araşdırmalar aparılmayıb.

"Kommunal xidmətlər sektorunda inkişafa dair strateji planın müxtəlif dövrlər üzrə hədəfi var – 2020, 2025 və sonrakı illər. Bu kifayət qədər əhəmiyyətli məsələlərdən biridir. Günün müxtəlif vaxtlarında enerji istehsalının fərqli olması, eyni zamanda tələblə təklif arasında tarazlığın yaradılması həm elektrik enerjisindən istifadənin səmərəliliyi, həm də istehlak güclərinin yüklənməsi baxımından çox vacibdir. Gündüz tarifləri aşağı, gecə tarifləri isə yuxarı olur. İnsanlar da çalışırlar ki, tarfləri aşağı olduğu vaxtda daha çox elektrik enerjisindən istifadə etsinlər. Azərbaycanda bunun tətbiqi zəruridir", - deyə Qubad İbadoğlu bildirdi.

Günün müxtəlif vaxtlarına uyğun işığın tariflərinin fərqli olması qiymətlərin differensiallaşmasına gətirib çıxaracağını deyən iqtisadçının sözlərinə görə, qiymətlərin orta səviyyəsi indiki kimi qala da bilər.

Bahalı tariflərdən qaçmağın yolları
"Qiymətlərin dəyişməsi bazarın tələblərindən, alıcılıq qabiliyətindən, eyni zamanda istehsal olunmuş enerjinin maya dəyərindən asılıdır. İndi bu barədə danışmaq bir az çətindir. Amma inanmıram ki, qiymətlərin ucuzlaşmasından söhbət getsin. Böyük ehtimalla işiğin tarifi qalxacaq. Çünki nəzərə almaq lazımdır ki, ölkədə inflyasiya var, digər sektorlarda, bazarlarda ümumi qiymət bahalaşması gedir. Bu kommunal xidmətlər sektorunda da qiymət artımına gətirib çıxarır", - Q.İbadoğlu sözlərinə əlavə etdi.

Azərbaycanda işıq pulu tarif Şurasının qərarı ilə ötən il noyabrın 28-də bahalaşıb. Qərara əsasən pərakəndə satış qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Son illərdə elektrik enerjisi ən çox MDB ölkələrində bahalaşıb. Bu ölkələr arasında ən çox Belarusda işıqpulu qalxıb. Devalvasiyadan ciddi zərər çəkən ölkədə hər kilovat-saata görə ödəniləcək məbləğ 4 dəfə artıb.

Siyahının ikinci pilləsində isə Rusiya qərarlaşıb. Ölkədə son illərdəki enerji ödəməsindəki artım 81 faizə bərabərdir. Sonrakı yerlərin sahibi isə Estoniya, Litva və İspaniyadır. Adıçəkilən ölkələrdə elektrik enerjisi 60% bahalaşıb.

Xəbərlər     Baxılıb: 8343   Tarix: 24 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

turlar.az

toy makiyaji sekilleri aksessuarlar yay kolleksiyasi saglamliq dil haqqında aforizmlər qadin dunyasi net baliq yagi kosmetika seksler hüzeyir hacibəyov vətənə aid atalar sözləri novruz kəlamlar