SON DƏQİQƏ! Azərbaycanda ətin qiyməti kəskin şəkildə BAHALAŞDI

SON DƏQİQƏ! Azərbaycanda ətin qiyməti kəskin şəkildə BAHALAŞDIAzərbaycan Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

Dövlət Statistika Komitəsinə görə, aprel ayının əvvəlinə ölkədə 2 milyon 706.8 min baş iribuynuzlu mal-qara var. Bunun 1.3 milyon başı inək və camışlardır. Qoyun və keçilərin sayı isə 8 milyon 785.5 min başdır. Üç ayda 115.4 min ton ət (diri çəkidə) istehsal olunub.

DSK həm də ilin əvvəlindən ət məhsullarının 10 faizdən çox bahalandığını, ət istehsalının isə 3.2% artdığını açıqlayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "Azadlıq" radiosuna açıqlamasında deyir ki, heyvandarlıq sahəsində geriləmə 2013-cü ildən bəri müşahidə olunur. Bunun əsas səbəbləri mal-qara yeminin bahalaşması və örüş sahələri kimi istifadə olunan torpaqların təyinatının dəyişdirilməsi üçün görülən işlərdir.

"Apardığımız monitorinqlər göstərirdi ki, qaramalın sayında azalma baş verir. Xüsusən, iribuynuzlu mal-qaranın və davarın sürətlə kəsimə verildiyi haqda məlumatlar alınırdı. Azalmanın səbəblərinə gəlincə, bir tərəfdən yetərincə yem istehsal olunmur, digər tərəfdən isə təbii otlaq və biçənək sahələri heyvandarlardan alınır"-ekspert deyir.

İndiyə qədər örüş sahələri kimi icarəyə verilən torpaqların təyinatının dəyişdirilməsi ölkədə kənd təsərrüfatının ixracyönümlü sahələrinin inkişafına dair dövlət strategiyasının tərkib hissəsidir. Belə ki, ölkədə postneft dövrü iqtisadiyyatının inkişafı üçün kənd təsərrüfatının valyuta gətirmək qabiliyyəti olan seqmentlərinin inkişafı vəzifəsi qoyulub. Bunlar pambıqçılıq, tütünçülük və digər sahələrdir.

Azərbaycanda isə örüş üçün yararlı torpaq sahələri onsuz da məhdud idi. Ölkənin heyvandarlıq üçün münbit ərazilərinin böyük bir qismi işğal altındadır. Nəticədə kənd təsərrüfatının valyutayönümlü sahələrini inkişaf etdirmək üçün örüş sahələrinin təyinatının dəyişdirilməsi qaçılmaz olub. Bu isə heyvandarlıqla məşğul olan kiçik və orta fermer təsərrüfatlarının faktiki sıradan çıxması deməkdir.

Lakin bu, heç də heyvandarlıqda tənəzzül hesabına baş verə bilməz. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yığıncağındakı çıxışlarında dəfələrlə bildirib ki, heyvandarlıq bundan sonra əsasən qapalı fermalarda inkişaf etdirilməlidir. Bu isə cins mal-qaranın yetişdirildiyi iri, müasir ferma komplekslərinin yaradılması deməkdir ki, artıq bir çox bölgələrdə iri holdinqlər belə layihələr həyata keçirirlər.

Bununla belə, heyvandarlığın qapalı fermalarda müasir üsullarla inkişaf etdirilməsi iri kapital tələb etməklə yanaşı müəyyən vaxt tələb edən işdir. Bu baxımdan açıq sahələrdə mal-qara yetişdirilməsinin məhdudlaşması baş versə də heyvandarlıqda azalmanın yerinin yeni yaradılacaq heyvandarlıq komplekslərində istehsal hesabına doldurulması yaxın 2-3 ildən tez baş verməyəcək. Bir şərtlə ki, müasir heyvandarlıq komplekslərinin yaradılmasına yönəldilən subsidiyalar və kreditlər effektiv istifadə olunsun, eyni zamanda bu sahəyə xarici kapital cəlb edilsin.

mənbə: virtualaz.org

Xəbərlər     Baxılıb: 2848   Tarix: 19 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Tibb dünyasında ilk - Bədənindəki şiş xəstənin gözündən çıxarıldı - FOTO

 ABŞ-da həyata keçirilən çətin və riskli cərrahiyyə əməliyyatı tibb dünyasında yeni səhifə açıb. xəbər verir ki, həkimlər xəstənin gözündən girərək onurğa sütununa yaxın ərazidə yerləşən bədxassəli şişi çıxarmağa nail olublar

.

Hamamda bu milçəyi görənlər diqqətli olsun – Təhlükə yaxınlaşır

Hamamda və ya mətbəx çanağında görünən kiçik, tüklü milçəklər evdə gigiyena problemlərinin başladığını göstərir. "Kanalizasiya milçəyi" adlanan bu zərərvericilər görünməz təhlükə kimi qiymətləndirilir. Latınca ad

.

Yatmamışdan əvvəl bu qidaları yeməyin

Yatmazdan əvvəl qəbul edilən bəzi qidalar yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə britaniyalı dietoloq Kayl Krouli xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə turş tərkibli meyvə və tərəvəzlə

.

Qarpız və pendiri birlikdə yeyin - Faydaları saymaqla bitmir

Yay aylarının sevilən, sərinləşdirici və şirin meyvəsi olan qarpızın sağlamlığa təsirləri geniş şəkildə araşdırılıb. Mütəxəssislər isə bu meyvənin pendirlə birlikdə istehlakının faydalarını xüsusi vurğulayırlar. xəbər veri

.

Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş - Alimlərdən xəbərdarlıq

Tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidalarla zəngin pəhrizlər ürək-damar xəstəliklərindən tutmuş psixi pozğunluqlara qədər 30-dan çox sağlamlıq probleminin riskini artırır. xəbər verir ki, avstraliyalı alim Dr. Emm

.

Alça yedikdən sonra bunu edin

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər. xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdə

.

Havalar isinir, amma qrip təhlükəsi artır - nə etməli?

avanın istiləşməsinə baxmayaraq, qripə yoluxma hallarının artması müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, sadəcə isti geyinmək bu problemin qarşısını almağa kifayət etmir. Qripdən qorunmaq üçün ilk növbədə düzgün v

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Limonu belə saxlamayın – Sümüklərinizi əridə bilər

Limonu düzgün şəraitdə saxlamamaq, sağlamlığınıza, xüsusilə də sümüklərinizə ciddi zərər verə bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, limonun uzun müddət nəmli və havasız mühitdə saxlanması nəticəsində onun tərkibindək

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadın geyimi makiyaj instagram sade makiyaj sekilleri qonaq otağı üçün pərdələr qarağatın faydaları qadin sayti ordan burdan masqalar layla hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruza aid hakisdalar ariqla