Azərbaycanda keçmiş rəis müavini intihar etdi: İNTİHAR ANI KAMERADA - VİDEO (18+)

Azərbaycanda keçmiş rəis müavini intihar etdi: İNTİHAR ANI KAMERADA - VİDEO (18+)Daxili İşlər Nazirliyi (DİN) keçmiş polis əməkdaşının özünü binadan ataraq intihar etməsi barədə məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Ramiz Quliyev vaxtı ilə polis orqanlarında çalışıb: "Lakin o, Nizami rayon Polis İdarəsində deyil, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində rəis müavini vəzifəsində çalışıb.
O, hələ xidmət etdiyi müddətdə sağlamlığında, daha doğrusu psixikasında yaranmış problemlərlə əlaqədar 2010-cu ildə daxili işlər orqanlarından xaric olunub. Yeddi il əvvəl polis orqanlarında xidmətdən xaric olunmuş bir şəxsi polis əməkdaşı kimi təqdim etmək düzgün yanaşma deyil".
***
Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharı anı kamerlara düşüb.
Həmin görüntüləri təqdim edirik:
***
Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binanın sakini Ramiz Quliyevin intiharının bəzi təfərrüatı məlum olub.
Publika.az-ın hadisə yerində olan əməkdaşının araşdırması zamanı bəlli olub ki, qonşuların əksəriyyətinin R.Quliyevin binada yaşamasından xəbəri belə yoxdur. Onlar evə kiminsə gəlib-getdiyini heç vaxt görmədiklərini deyirlər.
Sakinlərindən heç bir məlumat ala bilməsək də, binanın mühafizəçiləri onu tanıyır.
Mühafizəçilər R.Quliyevin bu evində daimi yaşamadığını söyləyir: "Hərdən bura gəlirdi, bir neçə saat qalıb gedirdi. Başqa evinin olduğunu bilirdik. Evli idi, amma heç vaxt ailə üzvləri, yaxınları bura gəlməmişdi. Bilirdik ki, keçmiş polis işçisi olub, amma indi mühafizəçi işləyirdi. Harada işlədiyini dəqiq bilmirik. İntihar edəndə də ayağında corab yox idi, amma mühafizəçi geyimini əynindən çıxarmamışdı. Cibindən psixotrop dərmanlar çıxıb. Son vaxtlar problemləri var idi. Yoldaşından ayrılmışdı, ona görə də əhvalı yaxşı deyildi. Bu, onun ikinci evliliyi idi".
Mühafizəçilərin sözlərinə görə, indiyə qədər bu evinə heç bir yaxını gəlməsə də, bu gecə saat 04 radələrində qardaşı olduğunu deyən biri gələrək evə girmək istəyib: "Lakin gecə mühafizəçilərimiz buna icazə verməyib. Əraziyə polis, prokurorluqdan gəlmişdilər. Evdə bu gün ekspertiza qrupunun araşdırma aparacağı deyilir".
***
Bakı şəhəri, 7-ci mikrorayon, S.Sani Axundov küçəsi 31/23 ünvanında yerləşən 18 mərtəbəli binada intihar olub.
Publika.az xəbər verir ki, dünən gecə saat 21-22 radələrində binada yaşayan 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.
Bina sakinlərinin verdiyi məlumata görə, R. Quliyev keçmiş polis əməkdaşıdır, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.
Mənzilə ilkin baxış zamanı qapıların açıq qaldığı, masanın üzərində mərhumun ailə fotolarının düzüldüyü məlum olub.
Hüquq-mühafizə orqanları intiharın səbəblərini araşdırır.

Xəbərlər     Baxılıb: 2740   Tarix: 25 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram geyim şəkilləri gelinlikler qaraqoyunlu dərəsi aybasi ucun derman qaynar qazan darcin faydasi kosmetika qoğalın nağlı hakiwda oyunlar burcler səməd vurğun