SON DƏQİQƏ! Azərbaycanda məşhur olan bu 3 kollec BİRLƏŞDİRİLİR

SON DƏQİQƏ! Azərbaycanda məşhur olan bu 3 kollec BİRLƏŞDİRİLİRAzərbaycanda daha 3 təhsil müəssisəsi birləşdiriləcək.
Xanim.az xəbər verir k, bakupost.az-ın əldə etdiyi məlumata görə, Təhsil Nazirliyində bununla bağlı artıq müzakirələr başlayıb.

Gələn xəbərlərə görə, Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci, Xırdalanda yerləşən Sosial-Humanitar kollec və Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci birləşdirilir. Bildirilir ki, ilkin mərhələdə Bakı Dövlət Universitetinin Sosial-İqtisad kolleci ilə Xırdalanda yerləşən Sosial-Humanitar kollec birləşdiriləcək. Daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin tabeliyində olan Maliyyə-İqtisad kolleci də bu tərkibə qatılacaq.

Kolleclərin birləşdirilməsinə səbəb kimi hər üç təhsil ocağının ayrı-ayrılıqda fəaliyyətinin səmərəsizliyi, izafi xərclərə gətirib çıxarması, deputat Zahid Orucun dediyi kimi "karton" istehsal edən təhsil müəssisələrinə çevrilməsi, tədrisin keyfiyyətinin aşağı olması göstərilir.

Buna görə də hər üç kollecin profili müəyyən qədər fərqli olsa da, onların vahid bir təhsil mərkəzi altında birləşdirilməsi məqsədəuyğun hesab edilib. Çünki bu kolleclər mütəxəssis yetişdirilməsi siysətində tələblərə cavab vermir.

Hazırda texniki hazırlıqların getdiyi və yaxın vaxtlarda rəsmi qərar qəbul olunacağı xəbər verilir. Ancaq təhsil ocaqlarının birləşdirilməsi prosesinin bununla məhdudlaşacağı gözlənilmir.

Prezidentin qəbul etdiyi "Strateji Yol Xəritəsi" sənədində də təhsil sektorunda reformalarla bağlı mühüm müddəalar yer alır və onlardan biri də tədris keyfiyyəti aşağı olan müəssisələrin birləşdirilməsidir.

Bu mərhələdə adıçəkilən üç kollecin də birləşməsi nəzərdə tutulur. Məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Qeyd edək ki, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.

Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

Xəbərlər     Baxılıb: 7695   Tarix: 16 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati