Son dəqiqə! Azərbaycanda terrora hazırlaşan 4 nəfər tutuldu - Rəsmi
Daha bir nəfər şübhəli şəxs qismində tutulub
Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.
DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – "Abu Hafsa" ləqəbli M.Ulubəyovun, "Abdulqərib" ləqəbli Q.Dəmirovun, "Əbdülxalid" ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və "Abdullah" ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə: report.az
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Qabığında elə faydası var ki
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir