SON DƏQİQƏ! Benzin bahalaşdı, əhali küçələrə çıxdı (VİDEO)
Yüzlərlə insan yanacağının qiymətinin artmasına etiraz edib
Yeni ilin ilk günlərində yüzlərlə meksikalı küçələrə çıxıb. Onlar yanacağın qiymətinin artmasına etiraz edirlər. İstiPress-in TASS-a istinadən verdiyi məlumata görə, aksiyalar paytaxt Mexiko ilə yanaşı Siutanxe, Akapulko şəhərlərində də olub.
Aksiyalar dinc xarakter daşıyıb. Polislə etirazçılar arasında toqquşmaların olması haqqında məlumat yoxdur.
Hökümətin qərarına əsasən yanvarın 1-dən benzin və dizel yanacağının qiyməti təqribən 20% artıb.
Belə ki, ölkədə "Magna" markalı benzinin qiyməti 0,67 dollardan 0,77 dollaradək, "Premium" benzin isə 70 sentdən 86 sentə yüksəlib. Dizel yanacağının qiyməti isə 0.7 dollardan 0.82 dollara kimi qalxıb.
Meksika işgüzar dairələrinin nümayəndələri yanacaq qiymətlərinin artırılması ilə bağlı narahat olduqlarını bildirirlər. Onların fikrincə, belə bir addım bir çox ailənin rifahına mənfi təsir göstərəcək.
Yanacağın qiymətinin artması milli valyutanın dollara nisbətdə qiymətdən düşməsi fonunda baş verib. 2016-cu ildə devalvasiya nəticəsində Meksikanaın milli valyutası olan peso təxminən 20% ucuzlaşıb.
f Paylaş








Aysel zəhərlənib, vəziyyəti yaxşı deyil' - FOTO
Məşhur aktyor ürəyindən əməliyyat oldu
Rusiyalı sənətçi Polşada güllələndi
"Sevdam Karadeniz" serialında ard-arda ayrılıq: Aslıhan Malbora da layihədən getdi
Acunundan ayrılan xanımı yenidən ərə gedir
Taşacak bu deniz'də ayrılıq: 'Gezep' yeni mövsümdə olmayacaq
Zəng' qorxu filminin aktrisası gənc yaşda vəfat etdi - FOTO
Cavan Zeynallının səhhətində problem yarandı
Övladlarımın başını aşağı etməmişəm' - Nazənin
Məşhur müğənni barədə qərar verildi - Qadağa tətbiq edildi
Türkiyə şou-biznesində qalmaqal: Səkkiz məşhurun narkotik testinin nəticəsi müsbət çıxdı
"Avroviziya" qalibi Bakıya gəlir