SON DƏQİQƏ! Daha bir neftçinin meyidi tapıldı
İtkin neftçi olduğu ehtimal edilən meyit bu gün qəsəbə sakini olan balıqçı tərəfindən tapılıb.
Xanim.az-ın Modern.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov məlumat verib.
H.Qayıbov qeyd edib ki, sonuncu dəfə meyiti tapılan Qurbanov Vidadi Cümşüd oğlunun meyitini də həmin balıqçı tapıbmış: "Ələt qəsəbəsində "Hamamdağ" deyilən yerdə qəsəbə sakini olan balıqçı tərəfindən tapılaraq aidiyyatı qurumlara məlumat verilib. Biz özümüz meyitə baxdıq. Tamamilə tanınmaz haldadır. Üzü, başı tamamilə tanınmaz haldadır".
Qeyd edək ki, Qərargah həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28- də dənizin "Pirsaat daş silsiləsi" ərazisində kişi meyiti tapıldığını açıqlayıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Bildirilib ki, meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyev və Qurbanov Vidadi Cümşüd oğlunun meyitləri tapılaraq ailələrinə təhvil verilib.
Arzu Mirzəyeva
BAKU.WS
Advertising 10
Xəbəri bəyəndiniz?
-
0
+
Ələt qəsəbəsində itkin neftçilərdən olduğu güman edilən kişi meyiti tapılıb
Xəzərdə meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib
Prezident sərəncam verdi: itkin düşən neftçilərin ailələrinə pul veriləcək
Teqlər: dəniz, neftçi, meyid









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq