SON DƏQİQƏ! Əməkdar artist təcili xəstəxanaya çatdırıldı
"Əməkdar artist Naibə Allahverdiyeva ötən gecə gərgin vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin müayinəsi aparılıb, tibbi baxımdan heç bir problem yoxdur. Problem yalnız əsəbləri ilə bağlıdır"
Bu sözləri publika.az-a Bakı Sağlamlıq Mərkəzinin nevrologiya şöbəsinin müdiri Şöhrət Talıbov deyib.
O bildirib ki, əməkdar artist çox sarsıntı keçirib, əsəbləri gərgindir:
"Həkimlərimiz onu müayinə edib. Təzyiqi normaldır, şəkəri yoxdur, insult əlamətləri müşahidə edilmir. Sadəcə psixo-emosional gərginliyi çoxdur. Xəstəxanaya yerləşdiriləndə əsəbdən titrəyirdi, ancaq ona lazımı yardım göstərilib indi vəziyyəti normaldır. Özünü yaxşı hiss edənə qədər xəstəxanada qalacaq, biz də əlimizdən gələn köməkliyi edəcəyik. Lakin hazırkı durumda onun daha çox mənəvi dəstəyə ehtiyacı var. Naibə xanımın problem sağlamlıqla bağlı deyil, şəxsi məsələlərdir, ona görə də yaxınlarının yanında olmasına ehtiyacı var".









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir