SON DƏQİQƏ! İtkin neftçilərdən XƏBƏR VAR - "Estakadanın qalıqları arasında..."

SON DƏQİQƏ! İtkin neftçilərdən XƏBƏR VAR - "Estakadanın qalıqları arasında..."Xəzərdə itkin düşmüş neftçilərin axtarış-xilasetmə əməliyyatına bir necə ədəd "DRON" tipli pilotsuz uçan aparat cəlb olunub.

Bu barədə AzNews.az-a Axtarış-xilasetmə Qərargahının məlumatından məlumat verilib.

Bildirilir ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik olan "Şirvan-3" kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir. İndiyə kimi, çoxsaylı qaldırma əməliyyatları ilə estakada qalıqlarının müəyyən hissəsi sudan çıxarılıb. 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir. Estakada qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin "Avior" dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov" və "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır.

Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd "DRON" tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.

Xəbərlər     Baxılıb: 5014   Tarix: 22 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Düzgün qidalanmada bitki yağları vacib rol oynayır. .   -a istinadən xəbər verir ki, lakin bəziləri qiyməti yüksək olan yağların daha sağlam olduğunu düşünür. Hansı yağları ən bahalı və faydalı adlandırmaq olar?. Arqan. Dəriy

.

Çiyələk bu xəstəliyin qarşısını alır

Çiyələk sağlam ağıl və güclü yaddaşı qorumağa kömək edir. "Unikal"a istinadən xəbər verir ki, bu barədə Cincinnati Universitetinin Akademik Sağlamlıq Mərkəzinin alimləri araşdırma aparıblar. . Bağırsaq üçün ƏN FAYDAL

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Depressiyadan əziyyət çəkənlər bu meyvədən yesin - Mövsümüdür

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb. -a istinadən bildirir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bi

turlar.az

sonxeber.az yaz geyimleri 2024 geyim seçimi adlarin menasi viruslar 2024 geyim kolleksiyalari ordan burdan kişi sonsuzluğu kosmetika masturbasiya nedir şebnem tovuzlu ağır itki kahfe kali google