SON DƏQİQƏ! Məhkəmə ANS-in iddiasını təmin edib

SON DƏQİQƏ! Məhkəmə ANS-in iddiasını təmin edibBakı Apellyasiya Məhkəməsində "Sharks" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ANS Yayım və Media Şirkətinə qarşı verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qadinsayti.az report-a istinadən məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, MMC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ANS-lə "Sharks" şirkəti arasında 2013-cü il avqustun 27-də ilk müqavilə bağlanıb. ANS 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sponsorluq haqqında müqaviləyə əsasən borcun tutulması iddiasını irəli sürüb.
Prosesdə ANS-in hüquqi nümayəndəsi iddia edib ki, "Sharks" şirkəti onlara yalnız 2 müqavilənin pulunu ödəyib: "ANS-lə "Sharks" şirkəti arasında 2013-cü ildə 14 müqavilə imzalanıb. Müqaviləyə əsasən, ANS "Sharks" MMC-nin reklam məsullarını efirdə yerləşdirib. Həmin reklam çarxlarının qarşılığında şirkət ANS-ə yalnız 2 müqavilənin pulunu ödəyib. Onlar ANS-ə hissə-hissə - 1 279, 3 900, 700 və 2 036 manat vəsait ödəsə də, qalan pullar ödənilməyib. Biz "Sharks" şirkətinin qalan 34 900 manat pulu ödəməsini istəyirik".
"Sharks" şirkətinin nümayəndəsi isə qarşı tərəfin iddiasını qəbul etməyib və MMC-nin ANS-ə borclu olmadığını bildirib: "Bu iddianı qəbul etmirik. Çünki hər iki şirkət arasında müqavilə bağlanan zaman "Sharks"ın rəhbəri Səadət Bağırovanın həm imzası, həm də şirkətin möhürü olmayıb. Müqavilədəki imza şirkət nümayəndəsi Rahilə Tağıyevanın imzasıdır".
Daha sonra "Sharks" MMC aidiyyət barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyərək qərardad çıxarıb. Şirkət həmin qərardaddan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şirkətin apellyasiya şikayətini təmin etməyib.

Xəbərlər     Baxılıb: 2770   Tarix: 17 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadin sayti reseptler gözəllik məhsulları balqabaq tumu ana südü ədəbi guşə buruq sac duzumleri 2026 kosmetika kley lekesi webnem tovuzlu bürclər haxışda qoğalın nağlı