SON DƏQİQƏ! Pensiyaçılara VACİB XƏBƏR: Bundan sonra...

SON DƏQİQƏ! Pensiyaçılara VACİB XƏBƏR: Bundan sonra...Ötən ay 95 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb
Cari ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-"Çağrı mərkəzləri"nə vətəndaşlar tərəfindən 13 505 müraciət daxil olub. Xanim.az-a verilən məlumata görə, vətəndaşlar əsasən sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, nazirliyin elektron xidmətlərindən istifadə və s. ilə bağlı müraciət ediblər. Bu müraciətlərin 96,3 faizi və ya 12 999-u qeyd olunan məsələlərlə bağlı sorğu xarakteri daşıyıb və nazirliyin mütəxəssisləri tərəfindən vətəndaşlara aydın şəkildə hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılaraq nəticəsinə uyğun tədbirlərin görülməsi təmin olunub. 190-"Çağrı mərkəzi" vasitəsilə avtomatlaşdırılmış qaydada, yəni yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt rejimində pensiya təyin edilməsi işləri də davam etdirilib. Ötən ay daxil olan müraciətlər əsasında nazirliyin "Çağrı mərkəzləri" vasitəsi ilə əvvəlki aprel ayı ilə müqayisədə 5,6 % çox olmaqla 95 avtomatlaşdırılmış pensiya təyinatı aparılıb.
Bununla yanaşı, ötən ay vətəndaşlar əlilliyin qiymətləndirilməsinin nəticəsi və ünvanlı dövlət sosial yardımının alınması üçün etdikləri müraciətlərə baxılmasının cari vəziyyəti barədə 142 -"Çağrı mərkəzi" vasitəsilə məlumat əldə etmək imkanlarından da yararlanıblar.

Qeyd edək ki, əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun qiymətləndirilməsi aparılan vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığmaqla həmin qiymətləndirmənin nəticəsi barədə məlumat əldə edir. Həmçinin vətəndaş "Çağrı mərkəzi"nə zəng etdikdən sonra 0 düyməsini və 2 düyməsini yığmaqla, şəxsiyyət vəsiqəsinin nömrəsini, sosial yardımın alınması üçün notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil etməklə, sosial yardım üçün etdiyi müraciətə baxılmasının cari vəziyyətini öyrənmək imkanına malikdir.

Xəbərlər     Baxılıb: 2418   Tarix: 01 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri