SON DƏQİQƏ! Prezidentdən evsizlərə ŞAD XƏBƏR

SON DƏQİQƏ! Prezidentdən evsizlərə ŞAD XƏBƏRQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən Xanim.az-a verilən məlumata görə, baş nazirin müavini, Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin Azərbaycan üçün uğurlu il olacağını deyib.

Ə.Həsənov bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Dövlət Komitəsinin sədri qeyd edib ki, onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir və yaxın aylarda istifadəyə veriləcək: "Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən Prezident İlham Əliyevin də vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək".

Ə.Həsənovin sözlərinə görə, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınan məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli binalar inşa olunur. Eyni zamanda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkə üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində Azərbaycanın ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirlməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov xüsusilə Prezident İlham Əliyevin yanvarın 24-də imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncamını ölkənin həyatında tarixi hadisə kimi dəyərləndirib.

Kollegiya iclasında həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı və həmin fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 2017-ci il fevralın 14-də imzaladığı fərmanında qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.

Xəbərlər     Baxılıb: 2753   Tarix: 21 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Alimlər süni qan qrupu yaratdı

Yapon alimləri bütün qan qruplarına uyğun süni qan hazırlayıblar. xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyada alimlər bütün qan qruplarında istifadə oluna bilən yeni növ süni qan istehsal edib. Bu yenilik tibb sahəsind

.

İnsult riskini artıran QİDALAR

Amerika Birləşmiş Ştatlarından olan elm adamları, ultra emal olunmuş qidaların istehlakının insult və koqnitiv pozğunluq riskinin artması ilə əlaqəli olduğunu bildiriblər. .  xəbər verir ki,  araşdırma "Neurology"

.

Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq

ABŞ-də aparılan sorğulara görə insanların 42 faizi səhər, 25 faizi isə axşam çimməyə üstünlük verir. Səhər duş qəbul edənlər günə daha ayıq və təravətli başlamaq istədiklərini deyirlər. Axşam çimənlər isə təmiz halda yatağ

.

Bu xəstəlik yalnız 3 gecə zəif yuxu yatdıqdan sonra baş verir

Yeni bir araşdırmaya görə, hətta yalnız üç gecə pis yuxu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Uppsala Universitetinin tədqiqatçıları yuxu çatışmazlığının ürək xəstəliyi riskini artıran dəyişikliklərə səbəb olduğun

.

Saç yuyarkən suyun temperaturuna diqqət edin – mütəxəssisdən vacib tövsiyələr

Saçınızı çox isti su ilə yumaq düşündüyünüzdən daha zərərlidir. Bu, təkcə saçlara deyil, həm də dəriyə mənfi təsir göstərə bilər. xəbər verir ki, məşhur stilist və saç baxımı üzrə mütəxəssis Rossano Ferretti saç yuma zaman

.

Gündə nə qədər gilas yemək olar?

Yay aylarında bol istehlak edilən və bir çox insanın sevimli mövsümi meyvələrindən biri olan gilas sağlamlıq baxımından bir sıra risklər daşıya bilər. . xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına danışa

.

Avtomobillərin salonunda insan sağlamlığı üçün təhlükəli maddələr aşkarlanıb

Bütün şəxsi avtomobillərin içərisindəki hava zərərli alov gecikdiricilərlə, o cümlədən xərçəngə səbəb ola bilənlərlə çirklənir. xəbər verir ki, bu barədə Dyuk Universitetinin alimləri bildiriblər. Onların araşdırması Environmenta

.

Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş - Alimlərdən xəbərdarlıq

Tədqiqatlar göstərir ki, ultra-işlənmiş qidalarla zəngin pəhrizlər ürək-damar xəstəliklərindən tutmuş psixi pozğunluqlara qədər 30-dan çox sağlamlıq probleminin riskini artırır. xəbər verir ki, avstraliyalı alim Dr. Emm

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yaz geyimleri 2025 maskalar yemek reseptleri xinayaxdi bayatilari i̇mtahana hazırlıq atalar sozleri veten haqqinda aciq zedelenmeler yaralar sac modelleri xərçəng bürcü kondom vətənə aid bayatılar novruz bayramına aid hakışda