SON DƏQİQƏ! Prezidentdən MÜHÜM FƏRMAN: Qiymətlər dəyişir

SON DƏQİQƏ! Prezidentdən MÜHÜM FƏRMAN: Qiymətlər dəyişirPrezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Xanim.az-in məlumatına görə, fərmana əsasən, qanunun tətbiqini təmin etmək məqsədi ilə aşağıdakılar qərara alınıb:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində:

1.2.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.2. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinin ünvanı göstərilməklə parklanma yerlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.3. həmin Qanunun 53-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, parklanma yerlərinin təşkili qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.4. həmin Qanunun 53-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yerləşdiyi inzibati binaların ətrafında ödənişli parklanma yerlərinin təşkil edilməsi qadağan olunan dövlət orqanlarının siyahısını və həmin dövlət orqanlarının hər biri üçün ayrılıqda parklanma yerlərinin təşkilinin qadağan edilməsi radiusunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.5. həmin Qanunun 53-cü maddəsinin on ikinci hissəsinə uyğun olaraq, parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2.6. həmin Qanunun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq, fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

2.1. bu Fərmanın 3.2.3-cü yarımbəndinə uyğun olaraq müəyyən edilən yerlərdə sertifikatlaşdırılmış parkomatların və foto və ya videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin quraşdırılmasını və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin;

2.2. parklanma qaydalarının pozulmasına dair inzibati xəta haqqında elektron protokollar barədə, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) "ASAN ödəniş" sisteminə ötürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi istifadəçilərinin törədilən inzibati xəta barəsində, habelə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on doqquzuncu hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 (bir) saat qalmasına dair vaxtında məlumatlandırılmasını təmin etmək məqsədi ilə bütün nəqliyyat vasitələri istifadəçilərinin mobil telefon nömrələrinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil edilməsini və Dövlət Agentliyinə təqdim olunmasını 2017-ci il iyulun 1-dək təmin etsin.

3. Dövlət Agentliyi bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq "ASAN ödəniş" sisteminə daxil olan məlumatların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrinin istifadəçilərinə çatdırılması üçün tədbirlər görsün.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsinə uyğun olaraq parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən pulsuz parklanma yerlərinin ayrılmasını təmin etsinlər;

4.2. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin ikinci cümləsinə uyğun olaraq fərdi parklanma talonuna dair məlumatların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin etsinlər.

5. Müəyyən edilsin ki:

5.1. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin on ikinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin Qanunun 53-cü maddəsinin birinci (ikinci halda), üçüncü, səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində, on ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

5.3. həmin Qanunun 53-cü maddəsinin ikinci hissəsində, on üçüncü hissəsinin birinci cümləsində, iyirmi beşinci hissəsində, 72-ci maddəsinin "Qeyd" hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

5.4. həmin Qanunun 53-cü maddəsinin birinci hissəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.5. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin birinci cümləsində və üçüncü cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

5.6. həmin Qanunun 53-cü maddəsinin yeddinci hissəsinin üçüncü cümləsində (ikinci halda), on birinci hissəsində, on üçüncü hissəsinin ikinci cümləsində və on yeddinci hissəsində "müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

5.7. həmin Qanunun 53-cü maddəsinin on dördüncü hissəsində, on doqquzuncu hissəsinin birinci və ikinci cümlələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Xəbərlər     Baxılıb: 11121   Tarix: 24 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

turlar.az

toy makiyaji sekilleri aksessuarlar yay kolleksiyasi saglamliq dil haqqında aforizmlər qadin dunyasi net baliq yagi kosmetika seksler hüzeyir hacibəyov vətənə aid atalar sözləri novruz kəlamlar