SON DƏQİQƏ! Rusiya Zəhra ilə bağlı bu BƏYANATI YAYDI - VİDEO
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq keçirir.
BAKU.WS-in məlumatına görə, Rusiya XİN rəsmisi regionda, Suriyada və dünyanın müxtəlif qaynar nöqtələrində baş verən hadisələrlə bağlı mühüm açıqlamalar verir. Zaxarova Suriyada kimyəvi silah hücumlarından danışıb. O bildirib ki, bu hücumlar nəticəsində dinc sakinlər, uşaqlar həyatlarını itirib.
Mariya Zaxarova iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunda həyata keçirdiyi təxribatla bağlı da bəyanat verib. O bildirib ki, iyulun 4-də münaqişə zonasında atəşkəs rejimi pozulub.
"Nəticədə insan tələfatı olub. Eyni zamanda dinc sakinlər həyatını itirib. Onların arasında uşaq da var. Həyatını itirənlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, qanlı toqquşmalara imkan verilməməli və vəziyyətin stabilləşməsinə bütün lazımi tədbirlər görülməlidir. ATƏT-in Mİnsk Qrupunun gərginliyin artırılmaması ilə bağlı bəyanatını dəstəkləyirik", - deyə Mariya Zaxarova bildirib.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir