SON DƏQİQƏ! Səhhəti uzun müddətdir vəziyyəti pisləşən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsindən BƏD XƏBƏR gəldi

SON DƏQİQƏ! Səhhəti uzun müddətdir vəziyyəti pisləşən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsindən BƏD XƏBƏR gəldiVaqif müəllimin durumu açığını desək, yaxşı deyil. Beyni ilə bağlı problemlər azalıb. Amma ürəyinə hələlik heç bir müdaxilə olunmayıb. Ürəklə bağlı, sadəcə, bir neçə dərman atır.
Milli.Az xəbər verir ki, bunu modern.az saytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Bu barədə Tamam xanım danışır: "Keçən ilin bu vaxtı biz onu Türkiyəyə aparanda beyninin vəziyyəti ürəyinə müdaxiləyə imkan vermədi. Ona görə də keçən il ancaq beyindəki problem barədə tədbirlər görüldü. Artıq bir il tamam olacaq. Ötən il avqustun 10-da beynindən əməliyyat olundu. Ürəyini saxladılar ki, beyni ilə durum qənaətbəxş olsun.

İndi isə havalar elə istidir ki, biz ora gedə bilmirik. Mən keçən aydan bəri Vaqif müəllimdən xahiş edirəm ki, özünü toparlasın və biz də gedə bilək. Həm ürək, həm də beyin həkimləri ilə avqustun 3-nə vaxt təyin etmişdim. Amma Vaqif müəllim gedə bilmədi. Məcbur qalıb, təyin olunan vaxtları ləğv etdirdik. Güman edirik ki, bu isti havalar sərinləsin, biz normal şəkildə gedə bilək".

Vaqif Bayatlının Türkiyəyə getməməsinin bir səbəbi də nəqliyyatla bağlıdır. Təyyarənin onun üçün böyük təhlükə olduğunu bilən şair səbirsizliklə qardaş ölkəyə açılacaq dəmir yol xəttini gözləyir:

"Vaqif müəllim böyük ümidlə qatarın açılmasını gözləyir. Çünki onu təyyarədə aparmaq çox təhlükəlidir. Biz keçən il onu çox ehtiyatla apardıq. Yanında həkim oturmuşdu, tez-tez təzyiqini ölçürdü. Biz çox narahat idik. Elə Vaqif müəllim özü oxumuşdu ki, tezliklə Bakı-Tbilisi-Qars dəmiryolu xətti açılacaq. Artıq sınaqdan da çıxarılıb. O da bunu eşidib sevinmişdi. Mən Dövlət Dəmiryol İdarəsi ilə əlaqə saxladım.

Dedilər ki, həmin xətt tezliklə istifadəyə verilməyəcək. İndi gərək onu təyyarəyə hazırlayaq. Çünki qatarın olacağına tam arxayın idi. Belə güman edirəm ki, bu yaxınlarda qatar olmayacaq və ona görə də mən gərək Vaqif müəllimi yavaş-yavaş psixoloji cəhətdən təyyarəyə hazırlayım. Havalar da deyilənə görə, avqustun 10-dan sonra sərinləməlidir.

Çalışacağıq ki, yenidən təyyarə ilə aparaq və bu dəfə də yanında həkimlər olsun. Çünki Vaqif müəllimi tək Türkiyəyə aparmaq mənim üçün çətin olar".

Xəbərlər     Baxılıb: 2230   Tarix: 08 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu