SON DƏQİQƏ! Uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən xalq artistimizdən BƏD XƏBƏR gəldi
Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır. Bu barədə Lent.az-a xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, anası hazırda reanimasiyaya yerləşdirilib və səhhəti ilə bağlı heç bir irəliləyiş yoxdur. H.Həmidov onu da əlavə edib ki, anasını müalicə üçün Türkiyəyə aparmaq istəsələr də, həkimlər buna icazə vermir.
Müalicənin də çox xərc tələb etdiyini vurğulayan H.Həmidov deyib ki, kömək üçün heç bir quruma müraciət etməyiblər: "Nə Səhiyyə, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Guya müraciət etsək, nə edə biləcəklər ki?!".
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin intervension-kardioloqu Şahin Xəlilov bildirib ki, Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır: "Hazırda nəfəs aparatına qoşulu vəziyyətdədir. Ürək, böyrək və ağciyərlə bağlı problemləri var. İtaliyanın San Donato klinikasının məşhur reanimatoloqu hazırda xalq artistinin vəziyyətinə nəzarətini üzərinə götürüb".
Ş.Xəlilov onu da qeyd edib ki, xalq artistinin durumu ilə bağlı nə olacağını bəribaşdan proqnoz vermək çətindir: "Ailə Türkiyəyə aparmaq istədi, məsləhət etdik ki, hazırda nəfəs aparatına qoşuludur və onu bu vəziyyətdə aparmaq daha böyük riskdir. Qadağan etmək, ya icazə verməmək kimi söhbət olmayıb. Bu, bizim səlahiyyətimizdə deyil. Qərar ailənindir".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir