SON DƏQİQƏ! Zaur Antalyada saxlanıldı, deportasiya edilir
Türkiyənin Antalya bölgəsinin Alanya qəsəbəsində qeyri-leqal işçi kimi çalışan Azərbaycan vətəndaşı saxlanılıb.
Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, jandarma əməkdaşları Alaynanın Okurcalar məhəlləsindəki hotellərdən birinin içərisində yerləşən geyim mağazasında əməliyyat keçirib. Bu zaman 31 yaşındakı Azərbaycan vətəndaşı Zaur Sadıxovun qeyri-leqal işçi kimi mağazada işlədiyi təsbit edilib.
O, saxlanılıb və deportasiya olunmaq üçün yerli miqrasiya idarəsinə təhvil verilib.