SON DƏQİQƏ! Prezident tapşırıq verdi , nazirlik hərəkətə keçdi
Yanvarın 30-da keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti cənab İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının tapşırıqlarının icrası məqsədilə bu gün Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili kimi məsələlər müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb. İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər.
Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.Sonxeber.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları